Mingəçevir Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir
28.02.2018 [09:55]
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində də iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Həmin gün həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı pambıq-poliester fabrikini işə salıb.
İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Dövlətimizin başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdiriblər.
Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış olublar.
Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Mingəçevir şəhərinin həyatında çox əlamətdar bir gündür. Biz Mingəçevir Sənaye Parkının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.
Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.
Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.
Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.
Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.
Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır.
Bütövlükdə Mingəçevirin inkişafına böyük diqqət göstərilir. Mənim bu səfərim Mingəçevirə Prezident kimi 7-ci səfərimdir. Əvvəlki dövrlərdə bir çox açılışlarda iştirak etmişəm. Mingəçevirdə sosial sahədə böyük işlər görülür, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmişdir, Kür Olimpiya avarçəkmə bazası yenidən qurulmuşdur, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Mingəçevirin mədəni həyatı da zəngindir, bu istiqamətdə də işlər görülmüşdür. İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97 faizdir, artıq Mingəçevirə içməli su verilir və bu gün içməli su layihəsinin rəsmi açılış mərasimi keçirildi. Bu da çox böyük layihədir. İçməli su və kanalizasiya layihələri birlikdə təqribən 300 milyon manata yaxın vəsait tələb edib. İçməli su məsələsi artıq həll olunub. Əvvəlki illərdə əgər əhalinin 50 faizi içməli su alırdısa, indi əhalinin 100 faizi təmin edilir və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.
Bu gün, eyni zamanda, Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı oldu. Onun gücü 300 meqavatdan 420 meqavata çatdırıldı. Bu gün Mingəçevirdə “ASAN Həyat” kompleksi açılır, bu da şəhər sakinləri üçün növbəti hədiyyədir. Yollar abadlaşdırılıb, yəni, Mingəçevir hərtərəfli inkişaf edir. Mingəçevirin gələcək inkişafı üçün əlavə tədbirlər görüləcək ki, şəhər daha da sürətlə inkişaf etsin.
Eyni zamanda, son illərdə Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər açılır, turistlərin sayı artır. Turizm hərtərəfli inkişaf edəcək. Amma, əlbəttə, Mingəçevir, ilk növbədə, gözəl, müasir sənaye mərkəzi, yüngül sənaye mərkəzi kimi inkişaf etməlidir. Şəhərin inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Bax bu gün bu iki fabrikin açılışı göstərir ki, nə demişiksə, onu da edirik. Hansı söz verilmişdirsə, o da yerinə yetirilir.
Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun”.
Müəssisənin işçisi Hüseyn Həşimov mingəçevirlilər üçün gözəl hədiyyə olan yeni fabriklərin inşasına verdiyi dəstəyə və bütövlükdə şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat veriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.
Dövlətimizin başçısı mərkəzi işə salıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış olublar.
Dövlətimizin başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olunub.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “ASAN xidmət”lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

