Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Blackstone” şirkəti ilə Azərbaycan Dövlət Neft Fondu arasında uğurlu əməkdaşlıq mövcuddur

“Blackstone” şirkəti ilə Azərbaycan Dövlət Neft Fondu arasında uğurlu əməkdaşlıq mövcuddur

24.01.2018 [10:13]

Prezident İlham Əliyevin ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirib. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulayıb.
Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirib. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31