/ / Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edib
03.11.2017 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Sizi yenidən görməyimə çox şadam. Bu il həm İlyas Maqomedsalamoviç, həm də Xizri İsayeviç Azərbaycan dövlətinin ali ordeni - “Dostluq” ordeni ilə mükafatlandırılıblar. Müvafiq sərəncamlar mənim tərəfimdən bu ilin martında və iyulunda imzalanıb. Demək istəyirəm ki, Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizin fəaliyyətiniz Rusiya Federasiyası ilə Azərbaycanın, Dağıstanla Azərbaycanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlib. Siz Dağıstanın nümayəndələrisiniz. Dağıstanı Azərbaycan ilə çoxəsrlik dostluq, qardaşlıq, əməkdaşlıq telləri bağlayır. O cümlədən Siz Rusiya dövlətinin, Rusiya hökumətinin nümayəndələrisiniz. Siz Moskvada və Dağıstanda Rusiya Federasiyasının inkişafı işində çox mühüm rolu yerinə yetirirsiniz. Həmçinin çox uğurla tərəqqi edən Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayırsınız. Azərbaycanda sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirlər. Sizi tanıyırlar, bizim xalqımızın, ölkəmizin böyük dostları kimi tanıyırlar.
Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur. Bütün məsələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər. İlyas Maqomedsalamoviç və Xizri İsayeviç, şəxsən sizin rolunuz böyükdür. Mən sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə necə səy göstərdiyinizi və töhfə verdiyinizi dərindən bildiyimə görə bunu tamamilə səmimi deyirəm”.
Dövlətimizin başçısı “Dostluq” ordenlərini İlyas Umaxanova və Xizri Şixsaidova təqdim edib.
Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov deyib: “İlham Heydər oğlu, mən səmimi minnətdarlığımı bildirmək istərdim. Yəqin ki, həm də Xizri İsayeviç bu minnətdarlıq sözlərinə qoşular. Çünki bizim üçün Azərbaycanın bu yüksək mükafatını Prezidentdən almaq böyük şərəfdir. Biz bu mükafatı dövlətlərarası, parlamentlərarası əlaqələrin və əlbəttə, regionlararası, ilk növbədə, bizim sevimli və yaxın Dağıstanla əməkdaşlığın möhkəmlənməsi istiqamətində qərarların qəbul edilməsinə göstərdiyimiz kiçik töhfələrə verilən qiymət kimi dəyərləndiririk. Mən fəxr edirəm ki, bizim soyadları uzun illər dostluq və hörmət birləşdirib. Bu münasibətlər müharibə və müharibədən sonrakı illərə gedib çıxır. Həmin illərdə sizin babanız Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi idi. O, faktiki olaraq mənim atamı ordudan geri çağıraraq Dağıstan Vilayət Partiya Komitəsinin hərbi şöbəsinə rəhbərliyi təklif edib. Sonralar Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevi Dağıstanla, atamla, Dağıstan rəhbərləri ilə xüsusi, yəqin ki, müstəsna etimadlı münasibətlər birləşdirirdi. Güman edirəm ki, bütün sonrakı nəsillərin vəzifəsi Sizin bu gün Vladimir Vladimiroviç Putinlə ləyaqətlə apardığınız dostluq, əməkdaşlıq, gələcəyə yönəlmiş estafeti qəbul edərək fəal davam etdirməkdir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bizim qardaş Azərbaycana isə rifah və tərəqqi arzulamaq istəyirəm. Bugünkü gün unudulmazdır”.
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidov deyib: “Əgər bir-iki söz demək mümkündürsə, mən İlyas Maqomedsalamoviçin dediklərinə qoşuluram. Amma Əziz Əliyevin Dağıstan üçün tarixi rolunu xatırlatmaq istərdim. O, əslində dağıstanlıları Sibirə sürgün olmaqdan xilas edib. Bu deportasiya isə Dağıstan üçün böyük itkilərə səbəb ola bilərdi. Biz indiyədək bunu yaxşı xatırlayırıq. Bu gün şəhərlərdə onun adını daşıyan küçələr, təhsil müəssisələri var. Mahaçkalanın mərkəzi küçələrindən biri onun adını daşıyır, 6 metrlik heykəli ucaldılıb. Bu abidənin qarşısına müxtəlif əlamətdar günlərdə insanlar toplaşır, gül-çiçək gətirirlər və ona etdiyi bütün işlərə görə təşəkkürlərini bildirirlər. Mən, həmçinin Azərbaycanın qonşusu olaraq demək istəyirəm ki, biz bu insanları doğma, yaxın hesab edirik. Biz Azərbaycanın bütün istiqamətlərdə - siyasi, iqtisadi sahələrdə iri addımlarla irəliləməsindən çox məmnunuq. İnsanlara, öz xalqınıza olan belə münasibətə görə sağ olun. Əlbəttə, bunun əsasını Ümummilli lider, böyük Heydər Əliyev qoyub”.
Xizri Şixsaidov dövlətimizin başçısının sözlərini xatırladaraq bildirib ki, Prezident İlham Əliyev Öz çıxışlarında Dağıstanın Azərbaycana çox yaxın bir diyar olduğunu demişdir və bu sözlərə görə bir daha minnətdarlığını ifadə edərək deyib: “Dağıstana, Rusiyaya belə münasibətə görə çox sağ olun. Biz həmişə dostluğa sadiq, əsrlər boyu bir yerdə yaşayan və bir-birini dəstəkləyən etibarlı, yaxın xalqlar olacağıq. Azərbaycan xalqına təzim edirəm. Sizə isə cansağlığı və uzun ömür arzulayıram”.
Prezident İlham Əliyev deyib: “Xoş sözlərinizə görə çox sağ olun. Mən bir daha sizin dediklərinizi təsdiqləmək istəyirəm. Çox sağ olun ki, xatırlayırsınız. Bu, həqiqətən də belədir. Dağıstan bizim üçün qardaş diyardır. Azərbaycan və Dağıstan xalqları arasında tarixi, ənənəvi qardaşlıq münasibətləri Qafqazda və bizim regionumuzda sabitliyin vacib amilidir. Həmçinin dağıstanlılara Əziz Əliyevin xatirəsini əziz tutduqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu, onun nəvəsi və Azərbaycan Prezidenti kimi mənim üçün çox qiymətlidir. Dağıstandakı qardaşlarımıza onun xatirəsinin əbədiləşdirilməsinə, abidəsinin ucaldıldığına, küçəyə onun adının verilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın rəhbəri kimi əlbəttə ki, mən Öz fəaliyyətimdə bu tarixi xatirəni qəlbimdə saxlayıram. O, Dağıstanı, dağıstanlıları çox sevirdi. Onlar da onu sevirdilər. Onun xatirəsinin qorunması böyük işdir. Əlbəttə, bu gün onu da qeyd etmək istərdim ki, bizim ənənəvi münasibətlərimizin möhkəmlənməsində Dağıstanın rəhbəri İlyas Maqomedsalamoviçin atası Maqomedsalam Umaxanov və Heydər Əlirza oğlu Əliyev böyük rol oynayıblar. Mən onların 1970-1980-ci illərdə münasibətlərini, görüşlərini, söhbətlərini xatırlayıram. Bu gün biz onların davamçılarıyıq. Münasibətlərimizi yeni keyfiyyət səviyyəsinə qaldırırıq. Bir daha sizi təbrik etmək istərdim. Sizə Rusiya, Dağıstan və Azərbaycan naminə uzun fəal ömür illəri arzulamaq istərdim”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

