Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy və Şəmkir rayonlarına səfər edib
22.08.2017 [09:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun, 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının, Heydər Əliyev Mərkəzinin açılışlarında iştirak edib.
Həmin gün Prezident İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra Prezident İlham Əliyev “Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.
Həmin gün Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.
Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısına səyyar hospital barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşüb.
Xalçaçı İlhamə Məmmədova deyib: “Cənab Prezident, bizə belə bir müəssisə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Mənim uşaqlıqdan arzum bu idi ki, xalça toxuyum. Xalça toxumaq biz Azərbaycan qadınlarının qanında var. Bizim nənələrimiz də xalça toxuyublar. Təəssüf ki, mən onlardan birini görüb öyrənə bilməmişdim. Çox sevinirəm ki, məhz Sizin sayənizdə burada yaradılmış müəssisədə qısa müddət ərzində xalça toxumağı öyrəndim. İndi burada mənim gözəl kollektivim və daimi iş yerim var. Bunun üçün Sizə çox minnətdaram.
Mən buraya Şəmkirin Qapanlı kəndindən gəlirəm. Buraya işləmək üçün rayonumuzun Qaracaəmirli, Seyfəli və digər kəndlərindən, həmçinin Gəncəbasardan gələnlər var. Biz müxtəlif ölçülərdə xalçalar toxuyuruq. Biz işimizdən çox razıyıq. Sizə çox minnətdarıq ki, bizim üçün belə şərait yaratmısınız. Göstərdiyiniz bu qayğıya və diqqətə görə çox sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq”.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun. Mən də sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.
Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək.
Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız.
Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir. Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi, sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl şəraitdə.
Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var.
Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da gündəlikdədir. Yəni, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir.
Şadam ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.
Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol layihəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur.
Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim “Azərxalça” tərəfindən layiqincə yerinə yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq.
Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın”.
İlhamə Məmmədova: Cənab Prezident, Siz Horadizdə xalça fabrikinin açılışını edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılardı. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətini çox sevirəm. Hər dəfə hana arxasında əyləyib xalça toxuyarkən Sizə dua edirəm, ilk növbədə ona görə ki, öz sevimli peşəmə qovuşmuşam.
Prezident İlham Əliyev: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklərinin açılışı nəzərdə tutulur.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov: Cənab Prezident, Tovuz, Ağstafa və Qazaxda da bu ilin sonuna qədər fabriklərin açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işə götürmüşük. Fabriklər hazır olandan sonra həmin üç rayonda 450 nəfər işlə təmin olunacaq.
Prezident İlham Əliyev: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.
Xalçaçı Zəminə İsgəndərova deyib: Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə söhbət etməyi Allah bizə qismət etdi. Həm də bizə belə gözəl iş yerləri yaratdığınıza görə Sizə minnətdarıq. Sizə kollektivimiz adından təşəkkür edirik.
Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar. Cənab Prezident, sizə çox minnətdarıq. Biz Sizi çox istəyirik.
Prezident İlham Əliyev: Sağ olun. Mən də sizi çox istəyirəm.
Xalçaçı Solmaz Cəlilova deyib: Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdığınız bu şəraitə görə çox sevinirik.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizdən çox sevinirəm.
Solmaz Cəlilova: İki şəhid bacısı, iki veteran anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşsın, gözəlləşsin. Sizə böyük nailiyyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun.
Xalçaçılar: Cənab Prezident, xahiş edirik bizim salamlarımızı Mehriban xanıma çatdırın.
Prezident İlham Əliyev fabrikdə toxunması başa çatmış xalçanı kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.
Dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev Logistika Mərkəzini işə salıb.
Dövlətimizin başçısına aqroparkda görülən işlər barədə məlumat verilib.
Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

