Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsində görüş olub

Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsində görüş olub

15.07.2009 [10:12]

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısına çevrilib
AzərTAc-ın müxbiri xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev dünən Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşüb.
Komitənin sədri Maykl Qeyps Azərbaycan Prezidentinin Britaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb və dövlətimizin başçısını yenidən Lordlar palatasında görməkdən məmnun olduqlarını deyib. Maykl Qeyps Azərbaycan Prezidenti ilə görüşün ölkəmizdə və regionda gedən proseslər, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaratdığını bildirib. O, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların önəmini vurğulayaraq, bu sahədə də əlaqələrin perspektivləri baxımından Azərbaycan Prezidentinin fikirlərini öyrənmək istədiklərini söyləyib.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib və Azərbaycanda gedən inkişaf prosesləri barədə danışıb. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim genişləndiyini bildirib.
Azərbaycanla Böyük Britaniya arasında siyasi dialoqun fəal aparıldığını deyən Prezident İlham Əliyev enerji və təhlükəsizlik, antiterror koalisiyasında iştirak və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan və perspektivlərindən danışan dövlətimizin başçısı deyib ki, Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısına çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə də məlumat verib.

Paylaş:
Baxılıb: 1477 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31