Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda abadlıq və yenidənqurma işləri ilə tanış olub
26.06.2009 [12:14]
1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda 1970-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə paytaxtda yaşıllaşdırma və abadlaşdırma tədbirləri vüsət alanda geniş quruculuq tədbirləri həyata keçirilib. Bakı şəhəri sakinlərinin, eləcə də paytaxtımıza gələn qonaqların ən çox sevdiyi istirahət guşələrindən biri olan dənizkənarı bulvara 1998-ci il dekabrın 29-da Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Milli Park statusu verilib.
Azərbaycan Prezidenti İlham Əliyev dənizkənarı bulvarın xalqımızın tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq 2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. Həmin Fərmana və Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində parkların və xiyabanların yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq Dənizkənarı Milli Parkın da əsaslı şəkildə abadlaşdırılmasına başlanılıb. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva parkda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq üçün buraya gəliblər. Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 3 kilometr 700 metr uzunluğu olan Dənizkənarı Milli Parkın ərazisi həyata keçiriləcək yeni tədbirlər planından sonra 25 kilometrə qədər uzanacaq. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi də xeyli genişləndiriləcək. ötən dövr ərzində parkda yüksək standartlara uyğun şəkildə abadlıq işlərinin həyata keçirildiyi bildirilib.
Dövlətimizin başçısı və xanımı burada inşa edilən qoşa fəvvarələrə baxıblar, əhaliyə iaşə xidməti göstərəcək obyektlərlə maraqlanıblar, əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən “Mirvari” kafesi ilə tanış olublar. Prezident və xanımı kafenin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotoalboma baxıblar. Təmir və yenidənqurmadan sonra burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd edilib.
Azərbaycan Prezidenti və xanımı estakadada həyata keçirilən yenidənqurma işləri ilə də maraqlanıblar. Dənizkənarı Milli Park boyu sahilbərkitmə işləri ilə tanış olan dövlətimizin başçısı görülən işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

