Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlığın əhəmiyyəti vurğulanıb

19.01.2017 [10:08]

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri, həmçinin İon-Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edilib. Gələn ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirilib. TAP, TANAP və “Şahdəniz” layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 947 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31