Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub

19.01.2017 [10:07]

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.
Prezident İlham Əliyev Onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şvaba təşəkkürünü bildirib. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü deyib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirib. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb.
Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini deyib, Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirib.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan ilə Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu Forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini vurğulayıb. Klaus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu deyib, Bakının gözəlliyindən danışıb, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm rol oynadığını bildirib. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31