Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01.10.2016 [11:54]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirib. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğulayıb.
Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident İlham Əliyev səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlətimizin başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış xadimlərinin Azərbaycana səfərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31