Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30.09.2016 [10:31]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenezin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı nümayəndə heyətinin Forumda iştirakının maraqlı olacağına əminliyini ifadə edib. Forumun artıq beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev dünya birliyinin üçdə bir hissəsindən çoxunun Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsinin önəmini qeyd edib. Azərbaycan ilə Argentina arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirliklərin fəaliyyət göstərməsinin və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını deyib. Prezident İlham Əliyev Patrisia Ximenezin ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez ölkəsinin Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarını dövlətimizin başçısına çatdırıb. Patrisia Ximenez V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Argentinalı qonaq bu gün, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdüklərini məmnunluqla vurğulayıb. O, Bakının gözəlliyinin və insanların multikultural dəyərlərə böyük önəm vermələrinin onlarda dərin təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı Argentina Prezidenti Maurisio Makrinin və Parlament sədrinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Argentina Prezidentinə və Parlamentinin sədrinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 880 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31