Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib

28.09.2016 [10:21]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıblar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışılıb.
Söhbət zamanı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 755 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31