Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib

04.08.2016 [09:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik orqanları arasında genişləndirilməsinin önəmi qeyd olunub. Azərbaycan ilə Gürcüstanın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verdiyi vurğulanıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında informasiya mübadiləsinin aparılması və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31