/ / Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavinini qəbul edib
24.06.2016 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ABŞ-a son səfərini və Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və ticarət naziri Penni Pritzker ilə çox səmərəli və mühüm müzakirələrin aparıldığı görüşlər zamanı ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb. Dövlətimizin başçısı ABŞ Prezidenti Barak Obamaya Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının iştirakçılarına ünvanlanmış məktubuna və məktubda dostluq münasibətlərimizin və əməkdaşlığımızın həqiqi mahiyyətini əks etdirən müsbət fikirlərinə görə minnətdarlığını bildirib. ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirib ki, səfərdən məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. Prezident İlham Əliyevin Vaşinqtona uğurlu səfərinə və keçirdiyi görüşlərə toxunan ABŞ Dövlət katibinin köməkçisinin müavini özünün ölkəmizə ötənilki səfərini də xatırlayıb. Bridcet Brink ölkələrimiz arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Qonaq Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-pri yarışlarının uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

