Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir
01.05.2009 [13:04]
Xəbər verdiyimiz kimi, aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər. Xavyer Solana bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir və tərəflər arasında yaxşı əməkdaşlıq münasibətləri var: “Azərbaycan Avropa İttifaqı üçün çox önəmli bir ölkədir. Bu ölkə ilə bizim “Şərq tərəfdaşlığı” və “Avropa Qonşuluq Siyasəti” çərçivəsində gözəl əlaqələrimiz var. Bizim enerji sahəsində də xüsusi əlaqələrimiz var və olacaqdır. Məlum olduğu kimi, bu məsələlərin bir çoxu geniş şəkildə müzakirə etdiyimiz mövzuların bir hissəsidir. Mən cənab Prezidentə bunun davam etdiriləcəyinə söz verdim. Bizim kifayət qədər vaxtımız var ki, görmək istədiyimiz bütün bu məsələləri eyni gözlə və eyni baxışlarla nəzərdən keçirək. Söz verirəm ki, bu söhbəti davam etdirmək üçün Azərbaycana səfər edəcəyəm. Onu da demək istərdim ki, Azərbaycan bizim üçün önəmli bir ölkədir. Bildiyiniz kimi, bu yaxınlarda biz bir sıra tədbirlərdə görüşəcəyik. Hesab edirəm ki, biz yenidən bir araya gələrək bu tərəfdaşlıq, o cümlədən enerji və “Cənub dəhlizi” haqqında müzakirələrimizi davam etdirəcəyik. ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr daha da dərinləşəcək. Bu, bizim məqsədimizdir və biz bu istiqamətdə də çalışacağıq”.
Azərbaycan Prezidenti İlham Əliyev aparılan danışıqlardan məmnunluğunu ifadə edərək bildirib ki, biz Avropa İttifaqı ilə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk: “Bu müzakirələr Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin davamlı inkişafı üçün çox geniş imkanlar yaradır. Biz bu əlaqələrə böyük önəm veririk. Biz əməkdaşlığın səviyyəsini yüksək dəyərləndiririk. Biz bu əməkdaşlığın praktiki cəhətlərini müzakirə etdik. Əlaqələrimizin gündəliyi genişlənir. Hazırda bu gündəlik regional inkişafa, iqtisadi əməkdaşlığa, siyasi islahatlara və təbii ki, enerji təhlükəsizliyi və şaxələndirməyə dair bir sıra məsələləri özündə əks etdirir. Münaqişələrin həlli, regiondakı təhlükəsizlik - bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir və bu məsələlərin həlli üçün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı səmərəli dialoqu davam etdirəcəyik. Bizim baxışlarımız bir çox regional inkişaf məsələləri üzrə üst-üstə düşür. Bu gün qitənin təhlükəsizliyi sahəsində ən mühüm məsələlərdən biri sayılan enerji təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan bir dost, karbohidrogen ehtiyatlarının etibarlı təchizat mənbəyi və etibarlı tranzit ölkəsi kimi enerji şaxələndirilməsində öz rolunu davam etdirəcəkdir. Bu, hamımız üçün vacibdir. Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələr qarşılıqlı şəkildə faydalıdır. ümid edirəm ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində yaranacaq yeni format bu əlaqələri möhkəmləndirəcəkdir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

