Azərbaycan Prezidenti İlham Əliyev Belarus Milli Məclisinin sədrini qəbul edib
26.04.2016 [09:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçi qəbul edib.
Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç Prezident Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Dörd il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mixayil Myasnikoviç ötən dövr ərzində paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu bildirib. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi uğurlar, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib. Mixayil Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğulayıb.
Dövlətimizin başçısı Belarus Respublikasına bir neçə dəfə rəsmi səfər etdiyini və hər dəfə ölkədə inkişafın, tərəqqinin, nizam-intizamın və səmimiyyətin şahidi olduğunu deyib. Son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini vurğulayan Prezident İlham Əliyev əldə olunmuş bütün bu nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və ölkələrimizin bir-birilərinin uğurlarına sevindiyini deyib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirib.
Görüşdə dost və tərəfdaş ölkə olan Belarus ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığımızın münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

