Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Prezidenti George İvanov ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Prezidenti George İvanov ilə görüşüb

11.03.2016 [10:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.
Görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olunub. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirilib.
Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31