Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olub

11.03.2016 [10:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edilib. Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirilib, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulanıb.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirilib. Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olunub, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31