/ / Azərbaycan Prezidenti İlham Əliyev Fransa hökumətinin üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Fransa hökumətinin üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.11.2015 [09:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimiz arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirib ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.
Prezident İlham Əliyev bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsini və özünün isə Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlətimizin başçısı bütün bunları ikitərəfli əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Parisdə törədilən terrorla bağlı Prezident İlham Əliyevin başsağlığından təsirləndiyini bildirən Andre Valli Azərbaycana səfərinin ilk günündən terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Fransanın Bakıdakı səfirliyinin qarşısına əklil və gül dəstələrinin düzülməsinin şahidi olduğunu və Azərbaycan xalqının Fransanın dərdinə şərik çıxmasını ifadə edən mesajları oxuduğunu deyib. O, bütün bunları Prezident İlham Əliyevin və Azərbaycan xalqının Fransa xalqının dərdinə şərik çıxmasının göstəricisi kimi qiymətləndirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

