Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub

07.03.2015 [10:42]

AZƏRTAC xəbər verir ki, martın 6-da Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilib. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılıb. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
* * *
Bununla da martın 6-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 879 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31