Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28.02.2015 [13:17]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçib.
Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd edib.
Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31