Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

10.09.2014 [09:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib.
Səfir Valdas Lastauskas fəxri qarovul dəstəsinin qarşısından keçib.
Valdas Lastauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olunub, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31