Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Norveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Norveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

10.09.2014 [09:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib.
Səfir Baard İvar Svendsen fəxri qarovul dəstəsinin qarşısından keçib.
Baard İvar Svendsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən Prezident İlham Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu deyib.
Səfir Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd edib. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31