Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

10.09.2014 [09:58]

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnaməsini qəbul edib.
Səfir Dato Roslan Tan Sri Abdul Rahman fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edilib, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulanıb.
Söhbət zamanı əlaqələrin iqtisadi, enerji və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Malayziyanın XIV Ali Başçısının və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Malayziya dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 760 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31