/ / Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak edib
Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak edib
13.05.2014 [09:41]
Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.
Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən Şəhər Mərkəzi Parkı öz görkəmini tam dəyişib, paytaxt sakinləri və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib. Hər il məhz Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil olunan gül bayramı bu il də ənənəvi təntənəsini yaşayıb və öz ərazisini daha da genişləndirib.
Mayın 10-da Gül bayramına Heydər Əliyev Sarayının arxasında yerləşən Şəhər Mərkəzi Parkı da qoşulub, ərazi güllərdən ibarət olan maraqlı kompozisiyalarla bəzədilib. Paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli bayramlarından olan Gül bayramı ənənə üzrə ən sevimli istirahət məkanlarından birində baş tutur. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb. Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Burada diqqəti Parkın mərkəzində müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 91-ci ildönümünü qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin ucalan əzəmətli abidəsi cəlb edir. Abidənin postamenti güllərlə bəzədilib. Xalqımızın Ümummilli liderinin abidəsinin ucaldığı parkda Gül bayramının təşkil olunması dahi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili baxımından da gözəl addımdır.
Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb. Rənglər o qədər əlvandır ki, istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə olunub. Minlərlə çiçəyin, gülün bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Elə buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libaslarda bayrama təşrif buyurması bu gözəl gündə insanların ovqatını daha da artırır.
Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulub. Bu kompozisiyanı Ulu öndərin portreti bəzəyir.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.
Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarət olub ki, yüzlərlə uşaq bu ərazidə yürüş ediblər.
Prezident İlham Əliyev Bakının müxtəlif ərazilərində yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə tanış olub. Bildirilib ki, Dövlət Yol Polisi və Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunmuş küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq. Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaq. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, Ulu öndərə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir. Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulub. Hər tərəf baharın xoş ovqatına bürünüb.
Artıq Bakıda ənənə halı alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır, özü də ən xoş hisslərlə.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

