/ / Prezident İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Prezident İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
05.04.2014 [10:58]
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Builki sərgidə əvvəlki illərlə müqayisədə milli stendlərin sayı da xeyli çoxdur. Sərgidə Azərbaycan ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Dominikan Respublikası, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Tailand, Türkiyə, Fransa, Monteneqro, Çex Respublikası və digər ölkələrdən 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiyanın Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılıblar. Tədbirin daha bir mühüm xüsusiyyəti turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirmək, turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir yerə toplamaqdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgidə bu il də iştirakçıların sayında xeyli artım müşahidə olunur. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, indi onların sayı 38-ə çatıb. Ümumilikdə, bu ölkələrdən 351 şirkət və təşkilat sərgidə xidmətlərini təqdim edir. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir. Ölkəmizin turizm sənayesinin inkişafında böyük əhəmiyyət kəsb edən bu sərgiyə maraq son illər Azərbaycanda turizm sahəsində həyata keçirilən mühüm infrastruktur layihələrinin dünya turizm aləmində böyük rəğbət və maraqla qarşılandığını göstərir. Bu tədbirlər həm də ölkəyə gələn turistlərin sayının xeyli artmasına səbəb olur.
Azərbaycan regionlarının milli pavilyonları sərgini daha da maraqlı və koloritli edir. Regional ekspozisiyada Azərbaycanın müxtəlif rayonlarının turizm imkanları, turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, dağ-xizək və dəniz kurortları nümayiş etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.
Prezident İlham Əliyev “Horex Caucasus-2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış olub. Burada Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər məhsullarını nümayiş etdirir. Sərginin daimi iştirakçıları arasında bir sıra aparıcı şirkətlərin olması onun beynəlxalq nüfuzundan xəbər verir.
Diqqətə çatdırılıb ki, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldan “AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer alıb.
Bildirilib ki, “AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı xeyli artıb.
Sonra “City Sightseeing Baku” şirkətinin təqdimatı olub.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

