Çin və Pakistanın sülh təşəbbüsləri...
02.04.2026 [09:37]
ABŞ və İran bu təklifləri qəbul edəcəkmi?
Çin və Pakistan Yaxın Şərq regionunda, o cümlədən Fars körfəzində sülh və sabitliyin bərpasına yönəlmiş 5 bəndlik birgə təşəbbüs təqdim ediblər. Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq təklifləri Çinin xarici işlər naziri Van İ və Pakistan Baş nazirinin müavini, XİN rəhbəri İshaq Dar Pekindəki görüşünün yekunlarına əsasən səsləndiriblər.
Beş bəndlik təşəbbüsdə nələr var?
Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına tərəfdar qismində çıxış edərək, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb.
Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar. Bundan əlavə, Çin və Pakistan gəmiçiliyin, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, gəmilərin və onların heyətlərinin qorunmasına və normal hərəkətin tezliklə bərpa edilməsinə çağırıblar.
Sonda tərəflər BMT-nin rolunun gücləndirilməsinin və təşkilatın Nizamnaməsinin prinsiplərinə riayət olunmasının tərəfdarı olduqlarını bildirərək, beynəlxalq hüquq əsasında hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının zəruriliyini qeyd ediblər.
İslamabad görüşündən sonra...
Xatırladaq ki, bir neçə gün öncə Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ ilə İran arasındakı münaqişənin həlli yollarını müzakirə etmişdilər. Pakistanın xarici işlər naziri İshaq Dar deyib: “Biz regionda müharibəyə tez və nəhayət son qoymaq yollarını müzakirə etdik. Bu müharibə heç kimə faydalı deyil, yalnız itkilərə və dağıntılara səbəb olacaq”. Onun sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran həmin təklifləri rədd edib.
Nəzərə alaq ki, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabr ayında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi əməliyyata dəstək verəcəyi barədə xəbərlər də yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qala bilər. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir.
ABŞ mövqeyini dəyişmək istəmir
Yaxın Şərqdə gərginliyin azalması Pakistanın maraqlarına tam cavab verir. Çünki Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücü ilə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Sabitliyin bərqərarı Çin üçün də əhəmiyyətlidir. İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki Çin Pakistanla strateji tərəfdaş olması ilə yanaşı, Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. Dörd ölkənin XİN başçılarının İslamabadda görüşündən sonra Pakistanın xarici işlər nazirinin Çinə səfəri və səfər zamanı 5 bəndlik birgə təşəbbüsün elan olunması bu baxımdan diqqəti cəlb edir.
Xatırladaq ki, Pakistan və İran XİN başçılarının son telefon danışığında İslamabadda xarici işlər nazirlərinin görüşü müzakirə edilmişdi. Telefon söhbətində Abbas Əraqçi bəyan etmişdi ki, region ölkələri və beynəlxalq ictimaiyyət ABŞ ilə İsrailin qanunsuz hücumlarına, beynəlxalq hüquq normalarına zidd addımlarına etiraz etməlidir. İshaq Dar isə ölkəsinin İranın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Pakistanın XİN rəhbəri region ölkələrinin səyləri ilə müharibənin dərhal dayandırılması, eləcə də regiona təhlükəsizlik və sabitliyin qayıtmasına ümid etdiyini söyləyib.
Nəzərə alaq ki, Çin və Pakistanın təşəbbüslərinə qədər ABŞ müharibənin dayandrılması üçün təkliflə çıxış etmişdi. Bir neçə gün öncə “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim edib. Bunlardan 12-si Amerikanın tələbləri, 3-ü isə Tehranın bu tələbləri yerinə yetirəcəyi halda əldə edəcəkləri idi. Bu plan Tehrana Pakistan vasitəsilə çatdırılıb. Planda Vaşinqtonun təkliflərinin böyük hissəsi müharibənin başlanmasına qədər aparılan danışıqların mövzusuna daxildir. Tehran bu dəfə də ABŞ-ın planını rədd edib, əvəzində qarşı tərəfə 5 şərt irəli sürüb.
Belə bir şəraitdə Çin və Pakistanın irəli sürdüyü təşəbbüslərə Tehranla Vaşinqtonun reaksiyası hələ bəlli deyil. ABŞ-ın öz məqsədlərinə çatmaqda israrlı olduğunu nəzərə alsaq, bu təşəbbüslərə müsbət cavab verəcəyi inandırıcı görünmür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32

