Regionun iqtisadi güc mərkəzi
05.12.2025 [11:50]
“Gnomon Wise”: Azərbaycan Cənubi Qafqazın lideridir
Beynəlxalq tədqiqat institu olan “Gnomon Wise”in məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi 8,8 faiz azalaraq 76,467 milyard dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 83,887 milyard dollar olub. Qeyd edilən dövrdə regionun ticarət dövriyyəsində idxalın payı 43,467 milyard dollar, ixracın ümumi dəyəri isə təxminən 33 milyard dollar təşkil edib. Toplam ticarət balansında digər 2 ölkənin payı azalsa da, Azərbaycanın əmtəə dövriyyəsində payı artaraq 51,4 faiz təşkil edib. Gürcüstanın payı 26,9 faiz, Ermənistanın payı isə 21,7 faiz səviyyəsindədir.
Göründüyü kimi, Azərbaycan Cənubi Qafqaz regionunun ticarət flaqmanı kimi tərəfdaş olduğu dövlətlərlə iqtisadi-ticari dövriyyəni dayanıqlı şəkildə qoruyub saxlamaqdadır.
“Gnomon Wise”in hesabatına görə, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan kiçik və açıq iqtisadiyyatlara malikdir və qlobal bazarlarla inteqrasiya olunub. Regionda xarici ticarət ölkələrin iqtisadi artımına mühüm töhfə verir və ticarət əlaqələrinin gücləndirilməsi regionun iqtisadi sabitliyi üçün əhəmiyyətlidir.
Cənubi Qafqaz iqtisadiyyatının 65 faizi ölkəmizə məxsusdur
Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunun artmasına, regionun əsas siyasi aktoruna çevrilməsinə səbəb olmaqdadır. Bu dayanıqlı və möhkəm güc arxitekturası, eyni zamanda dövlətimizin yürütdüyü güclü siyasi iradənin və geridönməz qətiyyətin nümunəsidir. Respublikamızın regionda güc mərkəzinə çevrilməsini şərtləndirən başlıca amillərdən biri iqtisadi müstəqilliyin möhkəmlənməsi və ölkəmizin strateji maliyyə qüdrətinin artmasıdır.
Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı nominal ifadədə 14,8 dəfə böyüyərək əsas iqtisadi göstərici olan ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 48 dəfədən çox artaraq 73 milyard dollara çatıb. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb və xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.
Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, liderdir. Ölkəmizdə ÜDM 72,5 milyard dollar, Ermənistanda 16,2 milyard dollar, Gürcüstanda isə 19,3 milyard dollar təşkil edir. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür.
Yaxud maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti Azərbaycanın sərəncamındadır. 2025-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 40 milyard dollar təşkil edir ki, onun 23,5 milyard dolları və ya 61 faizi Azərbaycanın, qalan 39 faizi digər 2 ölkənin payına düşür. Bu isə bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.
Bölgəyə yönəlmiş investisiyaların 80 faizi Azərbaycanın payına düşür
Cənubi Qafqazın starteji valyuta ehtiyatlarının ümumi həcmi hazırda 90 milyard dollar təşkil edir. Ermənistanın strateji rezervləri 6 milyard, Gürcüstanın rezervləri 11 milyard, Azərbaycanın strateji ehtiyatları isə 73 milyard dollardır. Cəmi 90 milyard ehtiyatların 80 faizi Azərbaycanın payına düşür.
Cənubi Qafqaz iqtisadiyyatına yatırılmış cəmi investisiyların həcmi 400 milyard dollardır, onun 310 milyard dolları Azrbaycanın payına düşür. Yəni xarici investorlar Cənubi Qafqazda kapital qoyuluşlarının 80 faizdən çoxunu Azərbaycana etibar edib.
Beləliklə, ötən illər ərzində əldə olunmuş bu mühüm iqtisadi faktorlar ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə tam müstəqil siyasət yürüdülməsini də şərtləndirib. Nəticədə Azərbaycanın iqtisadi-siyasi gücünün möhkəmlənməsi bölgənin ən inkişaf etmiş və dayanıqlı ölkəsinə çevrilməsini təmin edib.
Pan-Avropa enerji təchizatçısı
Azərbaycan həm də bölgənin enerji mənbəyi və qlobal təchizatçıdır. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında mühüm neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrildi.
Enerjinin şaxələndirilməsi Avropa regionun 10-dan çox ölkəsinin qaz təchizatının təmin edilməsi və yanacağın illik həcminin artmasına təsir göstərməklə respublikamızın coğrafi mövqeyini də artırmış olub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetr, 2023-cü ildə 12 milyard, 2024-cü ildə 13 milyard kubmetr qaz ixrac edilib ki, bu da Azərbaycanı ən etibarlı tərəfdaş kimi Aİ-də etimadını yüksəldib. Proqnozlara əsasən, 2025-2030-cu illərdə ölkəmizin qaz istehdsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücünün 20 milyard kubmetrədək artmasına səbəb olacaq.
Regionun nəqliyyat arteriyalarının müəllifi
Regionun enerji-nəqliyyat və tranzit qovşaqlarının sahibi də Azərbaycandır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan çoxşəbəkəli regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əsas arteriyaları olan Şimal-Cənub, Şərq-Qərb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Yeni İpək Yolunun Orta dəhlizlərindən biri Azərbaycandır. Gürcüstanın da təmin olunduğu bölgədəki bütün nəqliyyat arteriyalarının əsas müəllifi və mərkəzi qovşağı ölkəmizə məxsusdur.
Hazırda Yeni İpək Yolu magistralının əsas həlqəsinə çevrilən Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan etibarlı tranzit ölkə kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa yeni imza atmaqdadır. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizin istifadəyə verilməsi Azərbaycan üzərindən il ərzində təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu isə regionda ən nəhəng translogistika qovşağının da Azərbaycanda yaradılmasını şərtləndirəcək. Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə reinteqrasiyası 30-dan artıq ölkənin mənafeyinə xidmət etməklə həm də bölgədə və yaxın region coğrafiyasında yeni geoiqtisadi və geosiyasi meyarları meydana çıxaracaq. Məhz bu iqtisadi-siyasi reallıqlar fonunda Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərbin və Şərqin maraq kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir.
Beləliklə, Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi dünya birliyində layiqli yerini və mövqeyini möhkəmləndirməkdədir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41

