4-cü çıxış...
27.09.2025 [12:25]
Dünyanın ən ali kürsüsündə qalib Lider qüruru!
Qələbəni və sülhü təmin etməyin Azərbaycan nümunəsi
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında ayrı-ayrı ölkələrin təmsilçiləri müxtəlif baxış bucaqlarından çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə xüsusi diqqət çəkir. Bununla bağlı qısa şəkildə belə bir fikir ifadə ertmək mümkündür: Dövlətimizin başçısının dünyanın ən ali kürsüsündəki çıxışı qalib Liderin qürurunu və beynəlxalq birlik qarşısında məsuliyyətini nümayiş etdirdi. Bu qürur Onun titanik səyləri sayəsində yaratdığı və ölkənin, bütün regionun taleyi baxımından müstəsna önəm daşıyan reallıqlardan qaynaqlanır. Dövlətimizin başçısının məsuliyyəti isə bilavasitə son vaxtlarda meydana çıxan qlobal çağırışlarla bağlıdır. İndi dünya çox həssas bir dönəmdən keçir. Azərbaycan Prezidenti BMT tribunasından dünyaya o mesajı verdi ki, bəşəriyyətin gələcəyi həm də liderlərin mövqeyindən, ədalətli yanaşmalarından asılıdır.
Tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı bu dəfəki çıxışı Onun dünyanın ali kürsüsündə birbaşa etdiyi sayca dördüncü çıxışdır. Dövlətimizin başçısının BMT tibunasından bundan əvvəlki birbaşa çıxışları 2004, 2010 və 2017-ci illərə təsadüf edib. Bu çıxışları müqayisə etdikdə onların məzmununda və ritorikasında kəskin fərqlər olduğu görünür. Bunu Prezident İlham Əliyevin Özü də açıq şəkildə bildirib. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışına belə başlayıb: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.
Bəli, Azərbaycan müstəqilliyinin ilk illərindən işğala məruz qalan və bu təcavüzün ağır nəticələrini yaşamaq məcburiyyətində qalmış bir dövlətdir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində qonşu Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ədalətsiz müharibəyə başladı və torpaqlarımızın 20 faizini zəbt etdi. Ölkə ərazisinin bir hissəsində azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar. O dövrdə iqtisadiyyatı zəif olan ölkəmiz bir milyondan artıq qaçqını və məcburi köçkünü qarşılamaq məcburiyyətində qaldı. Bu, əsl humanitar fəlakət idi.
Təxminən otuz il ərzində beynəlxalq birlik təcavüzkarı cəzalandırmaq üçün qətiyyətli addımlar atmadı. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul etsə də, onların icrası təmin olunmadı. Bunun məntiqi izahı yoxdur. Sual yaranır: Nə üçün bəzi hallarda BMT-nin qərarları çox operativ şəkildə həyata keçirildiyi halda, işğalçı Ermənistana üç onillik ərzində hər hansı bir cəza mexanimi tətbiq olunmadı?
Götürək, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətini. Burada daha çox qurumun fəaliyyətsizliyindən danışmaq yerinə düşərdi. Minsk qrupu üç onillik ərzində öz missiyasını işğal məhsulu olan keçmiş status-kvonun saxlanılmasında görürdü və aparılan danışıqlarda daim işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymağa çalışırdı. Bu, ədalətli, obyektiv yanaşma deyildi və beynəlxalq hüququn açıq-aşkar pozulması demək idi. Cəzasız qalan Ermənistandan isə “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi.
Münaqişənin dinc yolla nizamlanmasına çalışan Azərbaycan Prezidenti aparılan danışıqlarda baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və təcavüzkarın cilovlanmasını tələb edirdi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən əvvəl BMT-də işğal faktından sonuncu dəfə 2020-ci ilin 21 sentyabrında - qurumun 75 illiyinə həsr edilmiş video formatda keçirilən Yüksək Səviyyəli İclasında bəhs edib. Yenə də Azərbaycanın narahatlığına məhəl qoyulmayıb. Belə olanda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq işğalçını özü cəzalandırmaq məcburiyyətində qaldı və 44 günlük müharibədə bunu layiqincə etdi. Müharibədə Müzəffər Ordumuz Ermənistanın silahlı qüvvələrini tam kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu. Bu, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi idi.
Beş təməl prinsipinə əsaslanan sülh prosesi
Dünya tarixindən bəllidir ki, müharibənin qalib tərəfi olan dövlət qarşı tərəffə öz şərtlərini diktə edir. Qalib Azərbaycan bu ənənəni də pozmaqla müharibə başa çatdıqdan dərhal sonra heç bir ilkin şərt irəli sürmədən sülh təşəbbüsündən çıxış etdi. Cənubi Qafqaz üç onillik ərzində müharibə riskləri ilə üz-üzə qalmışdı. Qalib Azərbaycan özünün qətiyyətli iradəsini, sülhə sadiqliyini ortaya qoydu: Müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq lazımdır. Əldə olunan Qələbə sayəsində davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq üçün fundamental zəmin yaranmışdı və bu fürsət reallığa çevrilməli idi.
Postmüharibə dövründə Azərbaycan məhz bu mövqedən çıxış edir. Ölkəmizin müharibə başa çatandan sonra qarşı tərəfə ünvanladığı beş bənddən ibarət sülh paketi sırf beynəlxalq hüquq və prinsipləri özündə ehtiva edirdi. “Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”, - deyə Prezident İlham Əliyev BMT kürsüsündən bəyan edib.
Artıq postmüharibə dönəmində Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesi məntiqi sonluğuna çatmaq üzrədir. Cari il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri mühüm razılaşmaların yer aldığı birgə Bəyanatla çıxış etdilər. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri yekun sülh sazişini parafladılar və Minsk qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanladılar.
Beləliklə, uzun illərdən sonra Cənubi Qafqaza sülh gəlir. Artıq Vaşinqton razılaşmalarına uyğun olaraq Minsk qrupunun ləğvi ilə bağlı qərar çıxarılıb. Bu isə o anlama gəlir ki, artıq keçmiş Dağlıq Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən tamam çıxarılıb və dünya Azərbaycanın sülh gündəliyini qəbul edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19

