Dünya üçün “SOS” siqnalı
26.09.2025 [12:25]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan xüsusi sessiyada iştirak ediblər
Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanan xoşməramlı fəaliyyətini həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda getdikcə daha da genişləndirir. Bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Uşaqların çətinliklər və xəstəliklərlə üzləşmələri ürək ağrıdır
Təəssüf doğuran haldır ki, bu gün dünyamızın mənzərəsi bir sıra kədərli reallıqlarla səciyyələnir. Şərqi Avropa, Yaxın Şərq uzanan müharibələr səbəbindən qan gölünə çevrilib. Müharibələrin fəsadları uşaqların həyatında daha ağır formada təzahür edir. Onlar qaçqınlıq, məcburi köçkünlük həyatında ən ağır əzablarla qarşlaşırlar - ac qalırlar, su, geyim tapa bilmirlər. Minlərlə uşağın valideynləri müharibələrdə həyatlarını itiriblər. Amansız döyüşlərə səhnə olan yaşayış məntəqələrinin balaca sakinləri bir sıra hallarda oğurlanaraq naməlum istiqamətlərə aparılırlar və onların sonrakı taleləri məlum olmur. Afrika qitəsinin uşaqları aclıqdan əziyyət çəkirlər. Ayrı-ayrı ölkələrdə uşaqların təhsillə, tibbi xidmətlərə çıxış imkanları hədsiz dərəcədə məhdudur.
Bu kədərli statistikada uşaqların bir sıra ağır xəstəliklərə, o cümlədən də xərçəngə mübtəla olmaları xüsusilə ürək ağrıdır. Hər il fevralın 15-i dünyada Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bu rəmzi gün ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu fevralda qeyd etmək qərara alınıb. Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
Statistika dəhşət saçır. Uşaq onkoloji xəstəlikləri böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Çətinlik ondan ibarətdir ki, onkoloji xəstəliklərin 200-dən artıq forması var və xəstəlik hər bir orqanda başlaya bilər.
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan xüsusi sessiyada tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışıblar.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edilib ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.
Heydər Əliyev Fondunun çoxsaylı layihələri
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarakterindəki üstün keyfiyyətlər, humanizm hissləri, uşaqlara qayğı onun rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətində də qabarıq şəkildə nəzərə çarpır. 2004-cü il mayın 10-da yaradılan Fond məhz Mehriban xanım Əliyevanın fədakarlığı sayəsində Azərbaycanın ictimai həyatına böyük canlanma gətirən, müxtəlif istiqamətlərdə dövlət siyasətinə güclü dəstək verən bir quruma çevrilib. Biz Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük.
Fondun reallaşdırdığı layihələrin bir çoxu məhz uşaqları, böyüməkdə olan nəsli əhatə edir. Fondun uğurla reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkəmizdə böyük populyarlıq qazanıb. Son 20 ildən artıq müddətdə respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən humanizm qırmızı xətt kimi keçir. O, uşaqlara, həssas qruplardan olan insanlara münasibətdə xüsusi qayğı, nəvaziş nümayiş etdirir. Biz onun timsalında zərif və xeyirxah Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klounların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnədarlıq hissi ilə xatırlanır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.
Heydər Əliyev Fondu həmçinin səhiyyə sahəsində də ardıcıl olaraq layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı təkcə talassemiyalı xəstələr, onların doğmaları tərəfindən deyil, bütün respublika ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbət və razılıqla qarşılanıb.
2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda həmin klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.
Əlamətdar haldır ki, Heydər Əliyev Fondu belə layihələri həmçinin ölkəmizin hüdudlarından kənarda da uğurla reallaşdırır. Buna ən son nümunə cari il sentyabrın əvvəlində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumudur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

