/ / Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.06.2013 [02:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olmaları ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verib.
Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Nazir Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin Baş naziri tərəfindən yüksək qiymətləndirildiyini deyib. David Daraxvekidze Baş nazir Bidzina İvanişvilinin, həmçinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd edib. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirib.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğulayıb. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu deyib. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, Onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

