Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul edib

23.05.2013 [01:51]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqunu qəbul edib.
İkinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim edib.
Dövlətimizin başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna görə minnətdarlığını bildirib. Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd edib. Dövlətimizin başçısı Qambiyanın xarici işlər naziri xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.

Paylaş:
Baxılıb: 1074 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31