Davosda qarşı tərəfin müraciəti əsasında baş tutan görüşlər...
24.01.2025 [08:17]
Dünyada Azərbaycana və onun Liderinə artan inamın təsdiqidir
Davos İqtisadi Forumu (DİF) dünyada ən səmərəli beynəlxalq platformalardan biri kimi tanınır. Çoxlu sayda dövlət və hökumət başçılarının, nüfuzlu şirkətlərin rəhbərlərinin, mütəxəssislərin, analitiklərin qatıldığı forumda dünya üçün böyük aktuallıq daşıyan çağırışlar müzakirə olunur, yeni qlobal gündəlik müəyyənləşdirilir. Belə bir nəhəng platformada Azərbaycanın yüksək təmsilçiliyi, sayca 55-ci forum çərçivəsində Prezident İlham Əliyevin diqqət mərkəzində olması son dərəcə qürurverici haldır.
Prezident İlham Əliyev beynəlxalq səviyyədə güclü lider kimi qəbul olunur
Müstəqil Azərbaycanın dinamik səciyyə daşıyan multiregional xarici siyasət kursu fundamental baza prinsiplərinə əsaslanır. Belə ki, respublikamızın regional və qlobal səviyyədə apardığı məqsədyönlü, ardıcıl siyasətdə bir qayda olaraq milli maraqlar ana xətt kimi əsas götürülür. Eyni zamanda, ölkəmiz yaranan çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirlməsinə hesablanan təşəbbüslər irəli sürür, yerləşdiyi və daha geniş coğrafiyalarda əməkdaşlığın güclənməsinə, təhlükəsizliyə təhdid hallarının qarşısının alınmasına davamlı töhfələr verir.
Belə unikal harmoniya halında həyata keçirilən siyasət ölkəmizə beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb. Bu gün Azərbaycan dünyada heç kimdən asılı olmayan ləyaqətli dövlət kimi tanınır, ölkəmizə və onun Liderinə dərin rəğbət bəslənilir. Azərbaycanın Qərblə Şərq arasında etibarlı körpü olduğu hamı tərəfindən etiraf olunur. Təsadüfi deyildir ki, dövlətimizin başçısı tez-tez həm İslam dünyasını birləşdirən, həm də Qərbi təmsil edən beynəlxalq təşkilatların tədbirlərinə qatılır. Prezident İlham Əliyev 2022-ci ildə Ərəb Dövlətəri Liqasının 31 Sammitinə fəxri qonaq qismində dəvət alan azsaylı dövlət başçılarından biri olub. Ötən il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi İslam dünyasında ölkəmizə göstərilən etimadın daha bir təzahürüdür.
İslam dünyasından kənarda da Azərbaycan və onun Liderinə belə yüksək səviyyədə rəğbət göstərilir. Prezident İlham Əliyev fəxri qonaq qismində dəvətləri həm ölkəmizin üzv olduğu, həm də üzv olmadığı çoxlu sayda beynəlxalq qurumlardan, o cümlədən də Avropa Siyasi Birliyindən alıb. Bu gün Azərbaycan Aİ-də təmsil olunan on ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi hüququnun Azərbaycana verilməsi dünyanın respublikamıza olan səmimi münasibətinin və inamının ifadəsidir. Son olaraq ölkəmizdə ötən ilin noyabrında BMT-nin ən böyük tədbirlərindən biri olan COP29 iqlim konfransı böyük uğurla baş tutdu. Dünya Azərbaycanın yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha gördü.
Müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr quran ölkəmiz Davos İqtisadi Forumu ilə əməkdaşlığa da böyük önəm verir. Müstəqil Azərbaycanın DİF-də iştirakı ötən əsrin doxsanıncı illərinin ortalarından başlayıb. 27-31 yanvar 1995-ci il tarixində Prezident Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Sonrakı mərhələdə Prezident İlham Əliyev bir neçə dəfə Davos İqtisadi Forumuna qatılıb və Azərbaycanın gündəliyinin aktual məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 55-ci Davos İqtisadi Forumunda da dövlətimizin başçısının iş cədvəli son dərəcə sıx və məhsuldar olub. Prezident İlham Əliyev forum çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Ukrayna Prezidenti Volodimir Zelenski, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və digər yüksəksəviyyəli rəsmilərlə görüşüb. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərin əksəriyyəti qarşı tərəfin müraciəti əsasında baş tutub ki, bu da beynəlxalq səviyyədə ölkəmizin imkanlarının, inkişaf yolunda qazandığı təcrübənin yüksək dəyərləndirildiyini, eyni zamanda Prezident İlham Əliyevin güclü lider kimi qəbul olunduğunu əyani şəkildə təsdiqləyir.
Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib
Müstəqil Azərbaycanın dünyanın supergüc dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları (ABŞ) ilə əlaqələrin inkişafına böyük önəm verdiyini nəzərə alsaq, Prezident İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü xüsusi diqqət çəkir. Azərbaycanın xarici siyasəti suverenlik və müstəqillik prinsiplərinə əsaslanır. Heç bir dövlət iqtisadi və siyasi müstəqilliyini yüksək səviyyədə təmin edən respublikamızla diktat dili ilə danışa bilməz və danışmır da. Ölkəmiz bir qayda olaraq o mövqedən çıxış edir ki, ikitərəfli münasibətlər paritet əsaslarla qurulmalıdır, burada bütün tərflərin maraqları eyni dərəcədə nəzərə alınmalıdır. Azərbaycanın müstəqilliyi illərində ölkəmizlə ABŞ arasında müsbət məcrada inkişaf edən ikitərəfli əlaqələr qurulub. O cümlədən enerji sektorunda əməkdaşlıq üzrə yaxşı nəticələr əldə olunub. Azərbaycan ABŞ-ın beynəlxalq səviyyədə terrorizmə qarşı apardığı mübarizəyə həmişə öz dəstəyini verib. Xatırladaq ki, bir neçə il bundan əvvəl Əfqanıstanda məlum hadisələr baş verəndə ölkəmiz ABŞ üçün mühüm logistik mərkəz qismində çıxış edib. Təəssüf ki, Bayden-Blinken administrasiyası dönəmində Vaşinqtonda verilən bir sıra qərarlar ikitərfli münasibətlərdə müəyyən çatların yaranmasına səbəb olub. Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bu arzuolunmaz məqama xüsusi diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Azərbaycan Ağ Evdə administrasiyanın dəyişməsinə böyük ümidlə baxır. Yeni prezident seçilən D.Trampın verdiyi mesajlar və bəyan etdiyi fəaliyyət istiqamətləri ilə Azərbaycanın mövqeyi arasında çoxlu üst-üstə düşən məqamlar var. Təsadüfi deyildir ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

