Prezident İlham Əliyev “Yeni Azərbaycan” qəzetini 20 illik yubileyi münasibəti ilə təbrik edib
23.04.2013 [17:16]
“Yeni Azərbaycan” qəzetinin kollektivinə:
Əziz dostlar! Sizi “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
“Yeni Azərbaycan” qəzeti 1993-cü ilin aprelində - dövlətimiz üçün taleyüklü bir vaxtda Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Ermənistanın hərbi təcavüzü, ölkə daxilində dərinləşən iqtisadi, sosial və siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və s. kimi neqativ proseslər həmin dövrdə Azərbaycanın müstəqilliyini ciddi sınaqlarla üz-üzə qoymuşdur. Yalnız xalqımızın təkidli tələbi ilə, yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində respublikanın suverenliyi və milli dövlətçiliyi xilas edilmiş, ölkə sabit və davamlı inkişaf yoluna çıxmışdır. Belə mürəkkəb şəraitdə “Yeni Azərbaycan” qəzeti həm Prezident Heydər Əliyevin ideyalarını, həm də hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların dialoq platformasına çevrilmişdir. “Yeni Azərbaycan” qəzeti keçən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qalmış, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etmiş, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərmişdir.
Bu gün özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda müasirləşmə prossesi geniş vüsət almış, ölkəmiz beynəlxalq birliyin fəal üzvü kimi böyük nüfuz qazanmışdır. Qloballaşma dövrünün çağırışları və ölkəmizin müasir inkişaf tələbləri müstəqil dövlətçilik ideyalarının yorulmaz daşıyıcısı olan “Yeni Azərbaycan” qəzetinin qarşısında da mühüm vəzifələr qoyur. Hakim və ümumxalq partiyasının rəsmi orqanı kimi, “Yeni Azərbaycan” qəzeti respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli mənəvi dəyərlərin təbliğinə öz sanballı töhfələrini verir.
Əminəm ki, qəzetin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və xalqımızın müqəddəs amallarına, ölkəmizin hərtərəfli inkişafına şərəflə xidmət göstərəcək. Bu yolda bütün “yeni azərbaycançılara” uğurlar arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Xəbər lenti
Hamısına baxİdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59

