Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12.04.2013 [00:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Slovakiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ötən dövr ərzində ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumunun önəmini qeyd edən qonaq bu tədbirin keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Dövlətimizin başçısı Miroslav Layçakın Azərbaycana vaxtaşırı səfərlərini ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan Prezident İlham Əliyev tədbirin uğurlu olacağına və Forumun ənənəvi xarakter alacağına əminliyini bildirib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1023 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31