Azərbaycan Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfər edib
13.03.2013 [15:32]
AzərTAc xəbər verir ki, martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfərə gəlib.
Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vuyanoviç qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vuyanoviçə təqdim olunub.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident iqamətgahında təkbətək görüşü olub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib.
Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.
Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edilib. Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulanıb. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirilib.
* * *
Dünən Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edilib.
Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.
* * *
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın Monteneqroya investisiya yatırmasının önəmi diqqətə çatdırılıb.
Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Monteneqronun Baş naziri Milo Dukanoviç ilə görüşdən sonra bu ölkədə Azərbaycan tərəfindən həyata keçiriləcək layihələrlə tanış olub.
Podqoritsa şəhərinin meri Miomir Muqoşa Azərbaycan dövlətinin başçısına məlumat verib ki, Monteneqroda fəaliyyət göstərən “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi şəhərin mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi barədə Podqoritsa şəhər meriyası qarşısında məsələ qaldırıb.
Bu məsələ ilə bağlı Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində şəhər parlamenti 2013-cü il fevralın 12-də paytaxtın mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsinə dair müvafiq qərar qəbul edib. Qərara əsasən, Podqoritsanın Mihail Lalic Bulvarından Sdutentska küçəsinə uzanan Meşe Selimoviç küçəsinin davamı olan küçəyə “Bakı” adı verilib. Hazırda küçədə təmir işləri aparılır və “Bakı” sözü yazılmış lövhələr quraşdırılır.
Bundan başqa, Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinin Avropa ölkəsində əbədiləşdirilməsinin vacibliyini nəzərə alaraq, “AzMont” Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi Podqoritsa şəhərində böyük ədibin büstünün ucaldılması təşəbbüsü ilə çıxış edib.
Monteneqro Hökuməti, Mədəniyyət, Xarici İşlər və Avropaya İnteqrasiya nazirlikləri, Podqoritsa meriyası və şəhər parlamentinin üzvləri ilə aparılmış müzakirələr nəticəsində 2012-ci il dekabrın 26-da şəhər parlamentində paytaxtın “Kral parkı”nda dahi Azərbaycan ədibi Hüseyn Cavidin büstünün qoyulmasına dair mütləq səs çoxluğu ilə qərar qəbul olunub. “Kral parkı” şəhərin mərkəzində - Prezident Administrasiyasının, Parlamentin, Nazirlər Kabinetinin və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin binalarının yaxınlığında yerləşir. Layihəyə əsasən, parkda Hüseyn Cavidin büstünün qoyulması, giriş qapısında Azərbaycan və Monteneqro gerblərinin vurulması, xalqımızın milli memarlıq üslubundan geniş istifadə olunması nəzərdə tutulur.
Podqoritsa şəhər parlamentinin qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü ağ mərmər postamentin üzərində qoyulacaq.
* * *
Martın 12-də Monteneqro-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Daha sonra qədim Kral Nikolay sarayı ilə tanışlıq olub.
Monteneqro Prezidenti Filip Vuyanoviçin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Monteneqroya rəsmi səfərini başa çatdıran dövlətimizin başçısı martın 13-də Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

