/ / Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
08.11.2012 [01:12]
Dünən Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimin iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib və bildirib ki, Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Olimpiya hərəkatı sahəsində böyük işlər görülüb, idmanın müxtəlif növlərinin inkişafı üçün uğurlu addımlar atılıb. Bu illər ərzində idman uğurlarımız artıb, eyni zamanda, beynəlxalq əlaqələrimiz genişlənib. Milli Olimpiya Komitəsinin yubiley mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana çoxsaylı qonaqların gəlişi də əlaqələrimizin nə qədər geniş olduğunu nümayiş etdirir.
Dövlətimizin başçısı bu gün ölkəmizdə beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə müxtəlif idman növləri üzrə çempionatların keçirildiyini söyləyib. Prezident İlham Əliyev vurğulayıb ki, qonaqpərvərliyimiz və yüksək səviyyədə təşkilatçılığımız bu idman yarışları üçün nadir şərait yaradır. Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır, kompleks tədbirlər görülür və ilk növbədə, bu istiqamətdə çox uğurlu dövlət siyasəti aparılır. Bütün idman qurumları vahid şəkildə fəaliyyət göstərir.
Prezident İlham Əliyev bütün idman ictimaiyyəti və Azərbaycan xalqını Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə təbrik edib, idmançılara yeni uğurlar arzulayıb.
Sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç çıxış edərək Avropa Olimpiya Komitəsinin prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin təbriklərini çatdırıb. “Təbrik edirəm, siz idman sahəsində böyük uğurlar, fantastik nailiyyətlər əldə edirsiniz”, - deyən qonaq London Olimpiya Oyunlarında Azərbaycanın qazandığı uğurların bunu bir daha təsdiqlədiyini söyləyib.
Azərbaycanı gələcəyə nəzər salan idman ölkəsi adlandıran Janez Koçijançiç Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti rəhbərlik etdiyi qurumun Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığından danışıb və Azərbaycanda idmanın, xüsusilə də güləşin inkişafına verilən dəstəyə görə dünyanın bütün güləşçiləri adından minnətdarlığın bildirib.
Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28

