Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

18.10.2012 [00:06]

Prezident Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib: “Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanmışdır, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır.
Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir. Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, respublikanızın vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.
Paylaş:
Baxılıb: 1287 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30