Prezident İlham Əliyev Ramil Səfərovu azadlığına qovuşdurdu
01.09.2012 [17:37]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlunun cəza çəkməkdən azad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam dünən icra olunub və R.Səfərov azadlığına qovuşub. Qeyd edək ki, Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. R.Səfərov 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. O, Maltəpə Hərbi Liseyini bitirdikdən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydə hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edən Ramil Səfərov 2002-ci ilin mart ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən ingilis dili kurslarına ezam olunan R.Səfərov Vətənə dönməyə az qalmış həbs olunub. O, ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı öldürməkdə təqsirli bilinib. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi Ramil Səfərovu 30 il müddətinə əfv olunmaq hüququndan məhrum edilməklə ömürlük həbsə məhkum edib.
Dövlətimizin başçısının bu böyük humanist addımı Azərbaycan ictimaiyyətində böyük sevincə səbəb olub. Dünən paytaxt Bakıda və regionlarda insanlar küçələrə və meydanlara çıxaraq sevinclərini bölüşüblər. İctimaiyyət nümayəndələri dövlətimizin başçısına bu xoş addıma görə, minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, Ramil Səfərovun azad olunması bir daha onu göstərir ki, Azərbaycan dövləti milli ruhlu, vətənpərvər insanlarımızı daim diqqətdə saxlayır. Bu, eyni zamanda, ədalətsizliyin aradan qaldırılması yönündə Azərbaycanın dövlət başçısının ortaya qoyduğu iradənin bariz ifadəsidir. Bu, həm də Qarabağın azadlığına aparan yoldur. Bütün Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal altındakı torpaqlarımız da azad olunacaq.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov da deyib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq: “çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var: həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də, inanıram elə bu cür aradan qaldırılacaq”.
Ramil Səfərovun azadlığa qovuşması uzun müddət davam edən hüquqi prosesin və diplomatik danışıqların nəticəsində baş verib. Bununla bağlı Azərbaycan Prezidentinin görüşlərində dəfələrlə məsələ qaldırılıb. Son dəfə isə Macarıstanın baş nazirinin ölkəmizə səfəri zamanı ümumi razılığa gəlmək mümkün olub. Məhz bu görüşdən sonra proseslər daha da intensivləşib. Eyni zamanda, Azərbaycan və Macarıstanın hüquq-mühafizə orqanları, ədliyyə nazirlikləri və müxtəlif qurumlar arasında bəzi məlumatların toplanması, göndərilməsi, ortaq məxrəcə gəlinməsi istiqamətində işlər görülüb. Azərbaycan Prezidenti Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bildirdiyinə görə, ilk gündən bu işlə bağlı prosesə rəhbərlik edən, bu məsələ ilə bağlı mövqeyini bildirən şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. Bu işdə ən böyük zəhmət məhz dövlət başçısının üzərinə düşüb: “Dünyada gedən prosesləri də nəzərə alsaq, bu, olduqca həssas bir məsələ olduğu üçün, Ermənistanın dünya ictimaiyyətində və Avropa məkanında hansı təsəvvür yaratmaq istədiyini bildiyimiz üçün danışıqlar çox məxfi şəraitdə davam etdirilib. Bu müddətdə Azərbaycanın və Macarıstanın müvafiq qurumları arasında yazışmalar olub, səfirliklər arasında, eyni zamanda, mənim də vasitəmlə müəyyən mərhələlərdə bu məsələ ilə bağlı addımlar atılıb. Bütövlükdə, Azərbaycan Prezidentinin qətiyyətli səyləri, razılığı ilə işlər həyata keçirilib”.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

