/ / ADA Universiteti ilə Medianın İnkişafı Agentliyinin birgə keçirdiyi seminarların ilk mərhələsi başa çatıb
ADA Universiteti ilə Medianın İnkişafı Agentliyinin birgə keçirdiyi seminarların ilk mərhələsi başa çatıb
29.01.2021 [09:39]
Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə təşkil etdiyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusundakı seminarların ilk mərhələsi başa çatıb.
ADA Universitetindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 25-26-da keçirilən seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər.
Seminar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin media üzrə müəllimi Şəfəq Mehrəliyeva, “BP Azerbaijan” şirkətinin modernləşdirmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov, Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç, “ASAN Radio”nun direktoru Emin Musavi, “REAL Təhlil İnformasiya Mərkəzi”nin direktoru Mir Şahin Ağayev, “APA Group”un direktoru Vüsalə Abışova ilə panel müzakirələr təşkil edilib.
İştirakçılar “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Media gündəminin qurulması. Xarici mediaya çıxış”, “Ənənəvi və sosial media” kimi mövzularda fikir mübadiləsinə qoşulub, media əlaqələri və kommunikasiya strategiyalarının qurulması ilə bağlı fərqli yanaşmaları analiz ediblər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev seminarları tamamlayaraq iştirakçıları təbrik edib, onlara sertifikatları təqdim edib.
Seminarların növbəti mərhələsi fevralın 2-3-də keçiriləcək. MEDİA və ADA Universiteti növbəti aylarda da mütəmadi olaraq bu formatda birgə seminarların keçirilməsini planlaşdırır.
Qeyd edək ki, ADA Universiteti “Al Jazeera Media Institute” ilə əməkdaşlıq istiqamətində danışıqlara başlayıb. Universitet bu qurumla media və kommunikasiya sahəsi üzrə xarici mütəxəssisləri cəlb etməklə birgə təlimlər təşkil edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30

