/ / Siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimatı olub
Siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimatı olub
06.10.2015 [10:09]
Oktyabrın 2-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq deyib ki, müəllif dünya siyasətində gedən proseslərin fonunda Asiya ölkələrini siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr baxımından təhlil edib, həmin ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələlərini geniş araşdırmaya cəlb edib. Bu mənada “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, tədqiqatçılar, politoloqlar üçün sanballı elmi ədəbiyyat və dərs vəsaitidir. Kitabın böyük elmi maraq doğurması, rus dilinə tərcümə və nəşri bunu bir daha təsdiq edir.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Yusif Hüseynov dərslik barədə danışaraq qeyd edib ki, yeni nəşr dünya siyasətində Asiya ölkələrinin çəkisinə və roluna artan maraq çərçivəsində bu ölkələrin geostrateji və geosiyasi araşdırılması baxımından mövcud boşluğu aradan qaldırmağa xidmət edən sanballı elmi-tədqiqat əsəridir. 6 fəsildən və 27 yarımfəsildən ibarət kitabda Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası, Sinqapur, Malayziya və Vyetnam Sosialist Respublikasının dünya dövlətləri ilə siyasi-diplomatik münasibətləri, iqtisadiyyat, elm, təhsil, səhiyyə kimi çoxcəhətli əməkdaşlığı araşdırılıb, bu dövlətlərin tarixi inkişaf yolu və bugünkü sosial-iqtisadi vəziyyəti haqqında müfəssəl məlumat verilib. Müəllif gərgin elmi axtarışların, tədqiqatların nəticəsində belə bir elmi qənaətə gəlir ki, Asiya beynəlxalq münasibətlərin tənzimlənməsində aparıcı qüvvə, dünya siyasətinin əsas mərkəzlərindən biri, böyük iqtisadi sıçrayışlar məkanı, elm, təhsil, texnologiyanın tərəqqisi ilə fərqlənən bir qitədir. Böyük siyasi uzaqgörənlik və analitik-siyasi təfəkkürün məhsulu olan əsərdə Asiya ölkələrinin gələcək müqəddəratı barədə də maraqlı siyasi proqnozlar verilir. Kitab Azərbaycan Respublikasının Şərq və Qərb arasındakı roluna dair elmi qənaət, Asiya qitəsi ölkələrinin beynəlxalq münasibətlər sistemindəki özünəməxsus yerinin müəyyənləşdirilməsi baxımından siyasətşünaslıq elminə qiymətli töhfə hesab oluna bilər.
Təqdimat mərasimində Beynəlxalq münasibətlər kafedrasının dosentləri, tarix üzrə fəlsəfə doktorları Şamxal Məmmədov və Emin Şıxəliyev çıxış edərək çoxsaylı yerli və xarici elmi, elmi-kütləvi mənbələrə əsaslanaraq yazılan yeni dərsliyin müxtəlif məziyyətlərindən danışıblar. Qeyd olunub ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun Asiya ölkələrinin beynəlxalq siyasətdə oynadıqları rola, tutduqları mövqeyə və qazandıqları nüfuza diqqət çəkməsi hər bir oxucuda dolğun təəssürat yaratmaqdadır. Müəllif eyni zamanda beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi kimi Azərbaycan Respublikasının da Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə yer verib, ölkəmizin Asiya qitəsində tutduğu yerin öyrənilməsinin aktuallığını geniş şərh edib. Kitabda Azərbaycan Respublikasının Asiya qitəsi dövlətləri ilə əməkdaşlıq əlaqələri, eləcə də Asiya regionunda yaranmış beynəlxalq və regional qurumlarla münasibətlər xüsusi yer tutur. Dərslikdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yürütdüyü diplomatik siyasət, Asiya ölkələri ilə qarşılıqlı və çoxşaxəli əlaqələri, bu əməkdaşlığın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlı dəyərli məlumatlar öz əksini tapıb.
Çıxış edənlər müəllifi qiymətli elmi nəşrə görə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbov tədbirin təşkilatçılarına təşəkkür edib, müasir dünyada baş verən siyasi proseslərdə Asiyanın müstəsna yerinin olduğunu diqqətə çatdırıb. Asiya ölkələrinin hər birinin yüksəlişinin, beynəlxalq əlaqələrinin xüsusi araşdırma tələb etdiyini bildirən Rza Talıbov onu da diqqətə çatdırıb ki, bu ölkələr haqqında yeni elmi nəşrlər üzərində işləmək gələcək planları sırasındadır.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəb kollektivi adından müəllifi təbrik edərək, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Yeni dərslik universitetin müəllim və tələbələrinə hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20

