/ / “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
“Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
11.12.2025 [15:26]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbəri olduğu ali məktəbin formalaşma tarixinə geniş nəzər salıb.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali təhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır.
Onun sözlərinə görə, 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memar kadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsi olub. 1930-1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıq İnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olan təhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.
Rektor vurğulayıb ki, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-nun təməlini formalaşdırıb. Struktur islahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqların qurulması, professor-müəllim heyətinin elmi potensialının gücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaat məktəblərindən birinə çevirib.
AzMİU-nun rəhbəri qeyd edib ki, 50 illik yubiley ərəfəsində keçirilən bu konfrans yalnız universitetin keçdiyi şərəfli yola ehtiram deyil, həm də Azərbaycanın memarlıq təhsilinin inkişaf strategiyasının müzakirə olunduğu mühüm elmi platformadır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlərdən danışıblar.
Bildirilib ki, Azərbaycanda memarlıq təhsili tam peşəkar mərhələyə keçib və beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. Onların sözlərinə görə, sözügedən sahədə sistemli islahatlar, müasir tədris standartlarının tətbiqi, elmi-tədqiqat mühitinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin artırılması memarlıq ixtisaslarının nüfuzunu daha da yüksəldib.
Çıxışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcı rol xüsusi qeyd olunub. Ali təhsil ocağının son illərdə qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi, tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarının artırılması, eləcə də innovativ layihələrin reallaşdırılması sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.
Sonda vurğulanıb ki, Azərbaycanın memarlıq məktəbi qədim ənənələr üzərində qurulsa da, bu gün müasir yanaşmalar, yenilənən infrastruktur və peşəkar kadr potensialı ilə regionda nümunəvi model kimi çıxış edir. Bu istiqamətdə AzMİU-nun fəaliyyəti ölkədə memarlıq təhsilinin davamlı inkişafının əsasında dayanır.
Konfrans çərçivəsində Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: dəyərlər, çağırışlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. O, müasir memarlıq təhsilinin qarşısında dayanan qlobal və lokal çağırışlara diqqət çəkib.
Professor qeyd edib ki, sürətlə dəyişən urbanistika mühiti, ekoloji davamlılıq məsələləri, rəqəmsal texnologiyaların memarlıq praktikasına inteqrasiyası və beynəlxalq standartlarla uyğun tədris modellərinin tətbiqi memarlıq təhsilinin modernizasiyasını zəruri edir.
Zahidə Məmmədovanın sözlərinə görə, Azərbaycanda memarlıq təhsilinin yeni konseptual çərçivəsi insan amilini, davamlı inkişaf prinsiplərini, innovativ memarlıq həllərini və multidisiplinar yanaşmanı əsas götürməlidir.
O vurğulayıb ki, AzMİU bu istiqamətdə mühüm addımlar atır: yeni tədris proqramları hazırlanır, qabaqcıl beynəlxalq universitetlərlə ikili diplom layihələri genişləndirilir, tələbələrin rəqəmsal dizayn və layihələndirmə bacarıqlarını artıran müasir laboratoriyalar yaradılır.
Konfrans çərçivəsində panel müzakirələr, bölmə iclasları və tematik sessiyalar keçirilib. Xarici universitetlərin nümayəndələri memarlıq təhsilində innovasiyalar, şəhərsalmanın aktual problemləri və memarlıq irsinin qorunması ilə bağlı məruzələrlə çıxış ediblər.
Məruzəçilər Azərbaycan memarlıq təhsilinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər.
Tədbir memarlıq sahəsində elmi fikir mübadiləsinin gücləndirilməsi və yeni akademik təşəbbüslərin formalaşması baxımından mühüm platforma kimi qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

