Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil RƏSMİ

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil RƏSMİ

10.07.2025 [11:35]

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, məqsəd şagirdlərin xarici dillərlə yanaşı, Azərbaycan dilini də yüksək səviyyədə bilməsini təmin etməkdir: “Rus dili üzrə müəllim hazırlığında müəyyən çatışmazlıqlar mövcuddur.

Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə imtahan nəticələri göstərir ki, maksimal nəticə 50–60 bal arasındadır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Bu səbəbdən, biz müəllimlərin işə qəbulunda aşağı bal toplamış namizədləri də nəzərə almağa məcbur oluruq”.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31