Ağır xəstəliyə tutuldu, həbsdə həyatını itirdi
12.09.2023 [12:20]
Bu gün onun xatirə gündür...
Yusif Vəzir Çəmənzəminli
Şahanə
Bu gün Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin xatirə günüdür.
Anadan olmasının 136-cı ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.
O, “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.
Onun Çəmənzəminlini özünə təxəllüs kimi seçməsi isə niyyəti nəticəsində olub. Belə ki, atası öləndən sonra Yusif atasından qalma əttar dükanını satmaq istəyir. Lakin bu ərəfələrdə də ağır yatalaq xəstəliyinə tutulur. Xəstəliyinin elə bir məqamı olur ki, onun yanına heç kimi buraxmırlar. Amma atasının sağlığında Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən gəlib onlara sığınan üç qardaş Yusifi tək buraxmır, ona əllərindən gələn yardımı göstərirlər. Yusif ondan sonra özünə söz verir ki, əgər sağ qalsa və nə vaxtsa tanınmış bir adam olsa, mütləq Çəmənzəminli təxəllüsünü götürəcək. Beləliklə, Yusif Azərbaycan ədəbiyyatında Çəminzəminli olaraq yadda qalır.
Yusif Vəzir 10-a yaxın Şərq və Avropa dillərini mükəmməl bilib.
“...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günahı nədir, bilmirəm...Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam...” deyən Yusif bəy iş yerlərindən daim ixtisar olunduğu üçün üsyan edir.
Bizim Çarli Çaplin
Yusif Vəzir çox şən, səmimi adam olub. Avropasayağı geyinər, əlinə əsa alar, şlyapa qoyarmış. Bakıda Çarli Çaplinin filmlərinin gedən vaxtında uşaqlar onu Çaplinə oxşadıb arxasınca düşərmişlər. Hətta bir dəfə belə bir əhvalat baş verir. Küçədə anası ilə gedən bir oğlan uşağı diqqətlə yazıçını süzməyə başlayır.
Yusif Vəzir də etmə tənbəllik, küçədə eynən çaplinsayaq yeriməyə başlayır. Uşaq qorxudan ağlayır. Yusif Əfəndi uşağı sakitləşdirmək üçün onlara yaxınlaşır, Çaplin kimi şlyapasını çıxarıb bığını oynadır. Oğlan daha bərk ağlayır.
Anası oğlunu sakitləşdirmək üçün deyir ki, oğlum, ağlama, əmi dəli deyil, yəqin bekardır, işi yoxdur, odur ki, özünü Çaplinə oxşadır. Yusif Vəzir bu əhvalatdan yaman həzz alır, xüsusən də uşağın anasının dediyi: “bekardır” - sözünü təkrarlayıb gülürmüş...
Repressiya illərində həbs olunaraq Qorki vilayətinin Suxobezvodnoya stansiyasındakı həbs düşərgəsində yaradıcılığını davam etdirən Yusif xəstə olduğu üçün əlyazmalarını saxlaması üçün orda çalışan bir rus qadınına verir. Lakin sonradan məlum olub ki, bütün saxlanılan yazılar nəm şəraitdə qaldığından çürüyərək məhv olub.
Həmişə ziyalı ömür yaşayan bir insanı ağır fiziki əmək, aclıq, düşərgədəki həyat tərzi xəstəliyə salır. O, pellaqra xəstəliyinə tutulur. Beləliklə də, bu xəstəlik səbəbindən şişmə nəticəsində 1943-cü il yanvar ayının 3-də vəfat edir.
Ailəsi onun ölümündən xəbər tuta bilmir. Çünki Çəmənzəminlidən heç bir məktub gəlməmişdi və ona göndərilən bağlamaların da çatıb- çatmadığını bilmirdilər... Amma o, səkkiz illik həbs cəzasının üçüncü ilində vəfat etdi.
Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunan Yusif Vəzirə 1956-cı ildə bəraət verilib.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

