VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək
23.09.2022 [10:51]
Tanınmış yazıçılar mətbuatı kitab sərgilərinə dəstəyə çağırırlar
Günel ABBAS
Kitab tək informasiya mənbəyi, müəyyən mövzuda məlumat toplamaq üçün vasitə deyil. Kitab həm də mənəvi-estetik zövq verən, fərdi inkişafda lokomotiv rolunu oynayıb öyrənməyi öyrədən, dünyayla tanışlıq yaradıb həyata baxış bucağını genişləndirən, beyində məlumatların filtrlənməsi mexanizmini təkmilləşdirən, nəzərdən qaçan məqamlara diqqət çəkən, cürbəcür ideyalar doğuran, empatiya hissini gücləndirən, özündə elmə, sənətə, insanlığa sevgini ehtiva edən zehni qidadır. Cəmiyyətin köklü dəyişikliklərinin arxasında da məhz kitab oxumaq vərdişi dayanır.
Son illər ölkəmizdə əhali və gənclər arasında kitaba marağın artırılması, gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində baş tutacaq VIII Bakı Beynəlxalq Kitab Sərgisidir. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitabçılıq sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar, eləcə də aktyorlar iştirak edəcəklər.
Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klasslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyə Respublikasıdır. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda Türkiyənin dünya şöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.
Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları olacaqlar. Beş gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.
Yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının sözlərinə görə, ölkəmizdə bu cür sərgilərin keçirilməsi əhəmiyyətlidir: “Xaricdə belə tədbirlər çox keçirilir. Hesab edirəm ki, bizdə də kitabla bağlı sərgilərin əhatə dairəsi genişləndirilməli, Beynəlxalq Kitab Sərgisi bölgələrdə də baş tutmalıdır. Sərgilər təkcə kitabları yox, bütövlükdə ədəbiyyatı, qələm adamlarını oxucuya tanıtmaq baxımından vacibdir. Bu mənada yaxşı olardı ki, kitab sərgiləri ildə bir neçə dəfə keçirilsin”.
“Qanun” nəşrlər evinin redaktoru, yazıçı Şərif Ağayar sərginin önəmini diqqətə çatdırarkən deyib ki, Azərbaycanda kitab sərgilərinin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır: “Xoşbəxtəm ki, bu sərgilərə bilavasitə özüm də qatılmışam. Bakı Beynəlxalq Kitab Sərgisinin təsis olunmasında iştirak etmişəm. Beynəlxalq Kitab Sərgisindən əvvəl müstəqil nəşriyyatların II Milli Kitab sərgisi keçiriləcək. Bu sərginin təşkilatçılarından biriyəm. Eyni zamanda Bakı Beynəlxalq Kitab sərgisinə də dəvət olunmuşam, orada stendimiz yerləşəcək.
Ümumiyyətlə, kitabla bağlı sərgilər çox önəmlidir. Dünyada inkişaf etmiş dövlətlərin mədəni səviyyəsi onların kitaba olan münasibəti ilə qiymətləndirilir. Sevindirici haldır ki, son vaxtlar əhalinin 5-10 il əvvəlki vəziyyətə nisbətdə alıcılıq səviyyəsi artmaqdadır. Bu mənada hər iki kitab sərgisinin keçirilməsi bir növ sosial sifariş əsasında ərsəyə gəlir. Bütün mətbuatı kitab sərgilərinə dəstək verməyə, Azərbaycan insanını kitaba qarşı həssas olmağa çağırıram. Hətta kitab almasalar da, həmin mühitdə iştirak etmək önəmlidir. Kitabsız bir millətin gələcəyi ola bilməz, kitablara nə qədər yaxın olsaq, o qədər irəli gedərik”.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

