Mütaliədən uzaq olanları mütaliə edənlər idarə edəcək
26.05.2022 [13:36]
Yeni kitab klubu yaradılır
Müsahibimiz tərcüməçi-yazar "Qanun” nəşriyyatının rəhbəri və "Qanun" jurnalının təsisçisi Şahbaz Xuduoğludur.
- ƏDV-nin ləğvi kitab satışına necə təsir edir. Nələr dəyişir?
- Hələ ki, dəyişən heç nə yoxdur. Kağız üzərindən ƏDV ləğvinin qüvvəyə minməsi haqqında Nazirlər Kabinetinin qərarı qəbul ediləndən sonra, artıq kitab satışı ƏDV-siz satılır, bu da qiymətlərin nisbətən aşağı düşməsi deməkdir. Bundan sonra gətirilən kağızlar da, ƏDV-yə cəlb olunmur. Bu, çox yaxşı haldır, amma hələ ki, dövriyyədə çox kitablar var ki, onlar ƏDV-nin tətbiq olduğu vaxtda nəşr olunub və satışa verilib, buna görə o kitablar istər-istəməz bir az baha - yəni əvvəlki qiymətinə satılır. Amma bundan sonra nəşr olunacaq kitablarda qiymət ucuzlaşması hiss olunacaq.
- Daha çox hansı nəsil kitablar üçün müraciət edirlər?
- Daha çox aktivliyi gənc nəsildə görürəm. Kitab sərgilərində, kitab klublarında, müzakirələrdə onları görürük. Sosial şəbəkələrdə də, kitab müzakirələrində daha çox gənclər öz rəylərini bildirirlər. Onların da böyük hissəsini xanımlar təşkil edir.
- Gəncləri mütaliəyə cəlb etmək üçün hansısa layihələriniz olubmu və ya olacaqmı?
-Mütaliəyə cəlb etmək üçün tez-tez kitab sərgiləri keçiririk. Sumqayıtda, Xırdalanda keçirdik. Əvvəllər kitab sərgiləri, kitab klubu var idi. Hazırda yeni kitab klubu yaradırıq. Bu kitab klubu əsasən, ingilis dilində oxuyan uşaqlar üçündür. Yaxın günlərdə ilk müzakirəsi olacaq. İngilis dilində olacaq müzakirələr. Kim ingilis dilini inkişaf elətdirmək istəyirsə, bu müzakirələrə qatıla bilər.
- Uzun müddətdir bu işin içindəsiniz. Nə deyə bilərsiniz, bundan əvvəlki illərdə daha çox maraq var idi kitaba yoxsa hazırki dövrdə?
- O gənclər ki, mütaliədən uzaqdır, onları həmişə mütaliə edənlər idarə edəcək. Əgər hansısa gənc istəyirsə özünə yaxşı həyat qursun, özünə bir təşkilat yaratsın, gələcəyini maraqlı etsin, uşaqlarına yaxşı ata olsun, onda o özünü inkişaf etdirməli, mütaliə etməlidir. Alternativ inkişaf yolu hələ ki, kəşf olunmayıb. Bir inkişaf yolu var, o da kitabdır, kitabdan keçir, kitab oxumaqdan, mütaliədən, təhsildən keçir. Yəni təhsil olmaya da bilər. Bəzən deyirlər ki, elə adam var ki, bizim bildiyimiz ənənəvi təhsil deyil, özünü böyüdən alternativ təhsillə məşğul olub, yəni özünün sistemini yaradıb. Bu təcrübədə var, hamısı mütaliəyə və sonda kitaba dirənir. Mütaliə mütləq şərtdir, insanlar üçün xüsusən də gənclər üçün ikiqat, üçqat lazımlı bir məsləhətdir.
- Kitaba, mütaliəyə maraqsız və həvəssiz yanaşan gənclərə sözünüz varmı?
- Həyata keçirdiyimiz layihələr, nəşrlər daha çox gəncyönümlüdür. Yəni biz onların maraqlarını, istəklərini nəzərə alırıq və çalışırıq ki, onların gələcəyində bu kitabların rolu olsun. Həm işlərini qurmaqda, həm şəxsi həyatlarında, həm də özlərini inkişaf etdirməkdə onlara yardımçı olsun. Ona görə də biz onların maraqlarını nəzərə alaraq, dünya görüşlərinin genişləndirməsi üçün bu kitabları nəşr edirik.
Kitaba maraq il ildən artır və bu məni çox sevindirir. Artıq son bir ildir ki, kitabların tirajı artır, çeşidi artır. Mən “kitab oxuyan yoxdur” fikri ilə razı deyiləm. Çünki hər nəşriyyat oxuculara fərqli çeşidli kitabları təqdim edir. Oxucular da özlərini kitab bolluğunda hiss edirlər və seçim imkanları artır. Maraqlı kitablar varsa, oxucu tapmaq elə də çətin deyil.
Havar
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37

