Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Xətainin “Divan”ının mətni Əlyazmalar İnstitutuna hədiyyə edilib

Xətainin “Divan”ının mətni Əlyazmalar İnstitutuna hədiyyə edilib

21.02.2019 [14:06]

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə direktor, akademik Teymur Kərimli son zamanlar bu elm müəssisəsində türkdilli əlyazmaların kataloqlaşdırılması, tədqiqi və elektronlaşdırılması sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Cihan Özdemir türkiyəli mətnşünas və ədəbiyyatşünas alim, professor Muhsin Macitin dünyanın müxtəlif ölkələrinin kitabxana və arxiv fondlarında qorunan əlyazma nüsxələri əsasında hazırladığı Şah İsmayıl Xətainin “Divan”ının redaktə olunmuş mətnini instituta hədiyyə edib. Bildirib ki, bu kitabın hazırlanmasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmalardan da istifadə olunub. Cihan Özdemir professor Muhsin Macitin adından Xətai “Divan”ının bəzi Şərq ölkələrində mövcud əlyazma nüsxələrinin sürətlərinin əldə olunmasında göstərdiyi dəstəyə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Türkiyə Respublikasında Azərbaycan müəlliflərinin və Azərbaycanla bağlı əlyazmaların surətlərinin vahid mərkəzdən – Süleymaniyə Kitabxanasından Əlyazmalar İnstitutuna gətirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli də iştirak edib.

Paylaş:
Baxılıb: 3281 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30