İlk kitabın sevinci - Kəmalə
17.01.2025 [17:34]
Siz hekayələr müəllifi Selcan Muradzadəni tanıyırsınız? Əminəm ki, tanımırsınız. Onun ilk kitabının şəklini görürsünüz, adını ilk dəfə eşidirsiniz. Kitab keçən ilin axırında işıq üzü görüb və müəllifin yaxınlarına sürprizi olub.
Heç demə, Selcan 15 yaşından bəri boş vaxtlarında hekayələr yazırmış, heç kimə də bu haqda danışmırmış. Nəhayət, iki il müddətində "Günlərin bir günü" adlı kitabın materialları hazır olmuş, lakin müəllif bir problemlə qarşı-qarşıya qalmışdır. Hər hekayəyə bir rəngli şəkil lazım olmuşdur. Nə etməli? Hekayələrin məzmununa uyğun şəkilləri haradan tapmalı? Selcan heç kimdən məsləhət almadan, kompüterdə süni intellektlə 75 şəkil hazırlamış, şəkilləri kitabın üz və arxa qabığına, ayrı-ayrı hekayələrə uyğun səhifələrə yerləşdirmişdir. Beləliklə, kitabda rəngli şəkillər göz oxşayır.
Kitab 16 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuşdur.
Hekayələrdə müxtəlif ölkələrdə baş verən maraqlı hadisələr və həmin ölkələrin insanlarından bəhs edilmişdir. Bu hekayələr bir-birindən maraqlıdır. Ən maraqlısı da odur ki, Selcan adını çəkdiyi dünya ölkələri və həmin ölkələrin adət-ənənələri, insanları barədə məlumatlar toplayaraq, onları öz həmyaşıdlarına çatdırmağı bacarmışdır.
Hekayələri oxuyarkən, müəllifin yaşından çox məlumatlara malik olduğunu görürük. Selcan həm də hekayələrində elə incə mətləblərə toxunur ki, yaşlı oxucuların da marağına səbəb olur.
Selcan Muradzadənin hekayələrində dostluq, mənəviyyat, etibar, vətənsevərlik incə nüanslarla təsvir olunur. Müəllif ata, ana, nənə, baba, təbiət, heyvan sevgisini ürəyinin dərinliklərindəki səmimi hisslərlə oxuculara çatdıra bilir. Kitabı oxuduqca müəllifin gözəl düşüncələrinə heyran qalırsan.
Biz də bir oxucu kimi Selcan Muradzadəni ilk kitabının çıxması münasibətilə ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53

