TÜRKSOY baş katibinin kitabı ilk dəfə Azərbaycan dilində
24.05.2024 [12:16]
Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimat mərasimi keçirilib.
Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB sədri, Xalq yazıçısı Anar Sultan Rayevi Azərbaycanda, rəhbəri olduğuədəbiyyat ocağında salamlamaqdan məmnunluğunu ifadə edib. “Dəlixana” əsərinin müəllifin Azərbaycan dilində ilk çap olunan əsəri olduğunu deyən Anar Türk dünyasının böyük yazıçısının azərbaycanlı oxucular tərəfindən də seviləcəyinə və bu layihənin davamlı olacağına inandığını bildirib.
Tədbirin aparıcısı, Ədəbiyyat Fondunun baş direktoru Varis romanın magik-realizm janrının ən əhəmiyyətli nümunələrindən biri olduğunu, ingilis, rus, türk, macar dillərində dərc edilərək geniş oxucu kütləsi topladığını vurğulayıb.
Qeyd edib ki, azərbaycanca nəşr daha mükəmməl, orijinala daha yaxın alınıb. O, romanın əsas mesajınıda diqqətə çatdırıb: dünyada heç nə izsiz ötüşmür, bütün pisliklər bumeranq kimi geri qayıdır.
Varis onu da nəzərə çatdırıb ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqlarıədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.
Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq əsərin özəlliklərindən danışıb. Bildirib ki, kitabın tərcüməçisi Aysel Oğuz, redaktorları Cavid Qədir vəYunus Oğuzdur.
Ş.Sadiq deyib ki, romanda yüzlərlə il əvvəl ölmüştarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.
Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimisəhrada dolaşmağa başlayırlar…
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında ortaq türk ədəbiyyatının və mədəniyyətinini nkişafı üçün bu cür əsərlərin tərcüməsinin önəmindən danışıb.
Layihənin davamlı olacağına inandığını deyən akademik Sultan Rayevin digər əsərlərinin də Azərbaycan dilinə tərcüməsinin önəmini vurğulayıb.
Kitabın redaktorlarından olan Yunus Oğuz tərcüməvə redaktə prosesinin özəlliklərindən danışıb, kitabınoxucular tərəfindən maraqla qarşılanacağına inamını ifadə edib.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsiElçin Qafarlı çıxış edərək Sultan Rayevin başçılığıilə həyata keçirilən önəmli layihələrdən danışıb və bugünlərdə Azərbaycanın həmin önəmli layihələrdən birinə evsahibliyi etdiyini deyib. 20 – 22 may tarixlərində Azərbaycan Dövlət Mədəniyyət vəİncəsənət Universitetinin ev sahibliyi ilə keçirilən“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalından danışan E.Qafarlı bu kimi layihələrin gənc sənətçilərin inkişafında mühüm rol oynadığınıbildirib.
S.Rayevin Azərbaycanda ilk dəfə çap olunan əsərinin geniş oxucu kütləsi qazanacağına inandığını deyənçıxışçı layihədə zəhməti keçən hər kəsə uğurlar arzulayıb.
Tanınmış kinorejissor Vaqif Mustafayev Sultan Rayevin “Daşqın” romanını oxuduğunu bildirib vəson illərdə oxuduğu ən mükəmməl əsər adlandırıb. Kinorejissor “Dəlixana”nın da yüksək nəsr nümunəsi olduğuna inamını ifadə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova müəllifivə layihə iştirakçılarını təbrik edib. Belə əsərlərin tərcüməsinin teatr və kino sənəti ixtisaslarında təhsilalan tələbələr üçün çox önəmli olduğunu deyənrektor tələbələrin səhnələşdirməkləri üçün dram əsərlərinin də tərcüməsinin vacibliyini vurğulayıb.
Kitabın redaktoru Cavid Qədir redaktə zamanı tərcüməni bir neçə dildəki versiyası ilə tutuşdurmağından, eləcə də Sultan Rayevin necə ustaqələm sahibi olduğundan danışıb. O, çıxışında redaktə institutuna qarşı diqqətin azlığını da dilə gətirib.
Çıxış edən Sultan Rayev hər kəsə minnətdarlığını bildirib, Azərbaycanda ilk dəfə kitabının çap olunmasından sevincini ifadə edib.
Bundan başqa, tədbirdə AYB katibi Elçin Hüseynbəyli, Sumqayıt Poeziya Evinin direktoruİbrahim İlyaslı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, sosioloq Əhməd Qəşəmoğlu, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli və başqaları çıxış edərək Sultan Rayevin yaradıcılığından danışıb, əsər münasibəti ilə təbrikediblər.
Sonda müəllif tədbir iştirakçıları üçün kitab imzalayıb.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19

