Paşinyan hakimiyyətində istefa dalğası...
02.06.2021 [08:55]
20 iyun tarixinə təyin edilən növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca məğlub Ermənistanda vəziyyət daha da gərginləşməkdədir. Belə ki, seçki siyahıları açıqlanandan sonra hakim siyasi qüvvələrin daxilində qarşıdurma və çaxnaşma müşahidə edilir. Eyni zamanda, seçkiqabağı proseslərin fonunda hakimiyyətdən qopmalar da sürətlənir. Erməni mediasının yazdığına görə, proporsional siyahılarını elan edən iqtidardakı və müxalifətdəki siyasi partiyaların daxilində gərginlik kulminasiya nöqtəsinə çatıb.
Buna baxmayaraq, həm iqtidar, həm də müxalifət mərkəzi seçki komissiyasına müraciətdən dərhalsonra paytaxtda görüşlər keçirir, regionlara səfərlər təşkil edirlər. “Panorama.am” yazır ki, baş nazir vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan sakinlərin ciddi etirazları ilə qarşılaşsa da, Yerevanın Açapnyak rayonunda görüş keçirib. Daha sonra Paşinyan Ararat vilayətinin Aparan şəhərinə səfər edib. Eyni zamanda, “Ermənistan” seçki bloku da Ararat vilayətində bir sıra görüşlər keçirib. Həmin seçki blokunun üzvü Ara Vardanyan Paşinyanın Lori vilayətinə səfəri zamanı administrativ resurslardan gen-bol istifadə etdiyini, bunun isə qanun pozuntusu olduğunu iddia edib.
Yeri gəlmişkən, qeyd edək ki,Ermənistan hakimiyyətində istefalar dalğası da baş alıb gedir. Xarici işlər naziri Ara Ayvazyanın istefasına diqqət yetirən “Hraparak” qəzeti təhlükəsizlik şurasının iclasından sonra baş verən hadisənin N.Paşinyanla onunaralarındakı fikirayrılığından qaynaqlandığını yazır. Qəzetin yazdığına görə, Paşinyan nazirə tapşırıq verib və A.Ayvazyan razılıq əlaməti olaraq başını yelləsə də, bir neçə saat sonra xarici işlər nazirinin istefası barədə məlumatlar iclas iştirakçılarını da təəccübləndirib.Qeyd edək ki, nazirdən sonra onun müavini Qagik Qalaçyan və XİN-in mətbuat katibi Anna Naqdalyan da istefa ərizəsi yazıb.
“Joxovurd” qəzeti isə öz mənbələrinə istinadən yazır ki, istefalar və işdən azadolunma üçün müraciətlər yaxın gələcəkdə də davam edəcək. Qəzetin yazdığına görə, yaxın günlərdə baş qərargah rəisinin müavini Stepan Qalustyan da istefa ərizəsi yazacaq.
“ArmLur.am” saytı isə müdafiə nazirliyi və təhlükəsizlik xidmətində kütləvi istefaların gözlənildiyini yazıb.
Qeyd edək ki, bu günlərdə keçirilən rəy sorğuları “Vətəndaş müqaviləsi” partiyasının 22 faizlə digər siyasi blok və partiyalardan irəlidə olduğunu göstərsə də, Paşinyan səslərin 60 faizinə iddia etdiyini dilə gətirsə də, bəzi ekspertlər seçkidən sonra məğlub ölkəyə ciddi qarşıdurma vəd edirlər. Onların fikrincə, hətta seçkinin nəticələrinə uyğun olaraq müxalifət yenidən əhalini küçələrə çıxarmaq variantı üzərində işləyir. Bu variantın həyata keçirilməsi isə qan tökülməsinə, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Beləliklə, Ermənistanda hakimiyyətdə istefalar siyasi böhranın davam etdiyini göstərir. Ekspertlərin fikrincə, baş verən istefalar və seçkiqabağı qarşıdurma məğlub ölkədə seçkidən sonra vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45

