Növbədənkənar parlament seçkilərinin elan olunması Ermənistanda gərginliyi daha da artırıb
30.03.2021 [08:47]
Məğlub Ermənistanda 4 aydan çoxdur davam edən siyasi böhran növbədənkənar parlament seçkilərinin vaxtının elan edilməsindən sonra yeni mərhələyə qədəm qoyub. Erməni mediasının yazdığına görə, hakimiyyət 20 iyun tarixinə ölkədə seçki elan etməsi gərginliyi daha da artırıb. Belə ki, “Vətənin xilası naminə hərəkat”a daxil olan bir çox partiyalar hakimiyyətə qarşı mübarizənin küçə aksiyaları yolu ilə davam etdirirlər.
Onu da qeyd edək ki, parlamentdəki müxalifətin növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı Paşinyanla razılığa gəlməsi erməni cəmiyyətində birmənalı qarşılanmır və bu səbəbdən ölkədə qeyri-müəyyənlik hökm sürür. Yerli ekspertlərin fikrincə, Ermənistanda növbədənkənar seçkilər, baş nazirin istefası və parlamentin 3 dəfə baş naziri seçə bilmədiyi halda, qanunverici orqan buraxıldıqdan sonra keçirilə bilər. Belə ki, Ermənistanın seçki məcəlləsinin 104-cü maddəsinə görə, seçkilər parlamentin buraxılmasından 30 gündən tez, 45 gündən gec olmayaraq keçirilməlidir. Yeri gəlmişkən, “Aysor.am”ın yazdığına görə, artıq Paşinyan apreldə istefa verəcəyini, ancaq seçkiqabağı kampaniya dövründə də baş nazir səlahiyyətlərini icra edəcəyini elan edib.
“News.am”ın yazdığına görə, “Vətənin xilası naminə hərəkat”ın lideri Vazgen Manukyan deyib ki, seçkilərin keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Çünki Paşinyan istefa versə belə, seçki dövründə hakimiyyətin onun və komandasının əlində qalması qəbuledilməzdir. Bununla yanaşı, martın 28-də parlamentin qarşısında keçirilən mitinqdə hərəkatın ali şurasının adından yayılan bəyanatda qeyd olunur ki, ölkəni fəlakətə aparan hakimiyyətə qarşı mübarizə müxtəlif vətəndaş itaətsizliyi aksiyaları və siyasi yollarla davam edəcək: “Onsuz da cəmiyyətə və bütün siyasi qüvvələrə bəllidir ki, böhran həll olunmadan Ermənistanın inkişafı mümkün deyil”. O da qeyd olunur ki, müxalifət regionların əhalisinin iştirakı ilə yeni aksiyalar keçirmək niyyətindədir.
Göründüyü kimi, məğlub ölkədə siyasi böhran növbəti mərhələyə qədəm qoyub.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

